Loading...
Loading...
Manşet

Cəlal Əliyevin qızı və əri milyonlarla funtu “Azərbaycan landromatı” vasitəsilə çıxarılmasını “etiraf edib”

London məhkəməsi Evening Standard nəşrinin Azərbaycan əsilli “landromat cütlüyü” ilə adlarının açıqlanması iddiası üzrə çəkişməni udduqdan sonra azərbaycanlı cütlüyün Britaniyadakı bank hesablarından 4 milyon funt-sterlinqi müsadirə edib.

Milyonçu DJ və onun əri pulların Azərbaycan “landromatı” vasitəsilə qanunsuz olaraq Britaniyaya gətirildiyini etiraf etdiikdən sonra Cinayətkarlıqla Milli Mübarizə Agentliyinə (NCA) 4 milyon funt-sterlinq təhvil veriblər, Britaniyanın Evening Sdandard nəşri bildirib.

DJ Mikaela Jav adı altında tanınan İzzət Xanım Cavadova və onun həyat yoldaşı Süleyman Cavadovun Santander bankındakı dörd hesabdakı pullarından məhrum olmalarının səbəbi həmin əmanətlərin “qaranlıq yollardan” keçməsidir. Bu vəsaitlər 21 şirkət vasitəsilə mürəkkəb ofşor köçürmələrdən istifadə edilərək banka daxil olub.

Ancaq cütlüyün Queen’s bank Coutts-dakı üç hesabı da daxil olmaqla, digər 6 hesabında 2 milyon funtdan çox pulu qalıb. NCA cütlüklə sövdələşmənin bir hissəsi kimi uzun çəkən və bahalı məhkəmə prosesini başa vurmaq üçün həmin pulun mənşəyini araşdırmamağa razılaşıb.

Bazar ertəsi sövdələşmə qərarını elan edən NCA-nın kral vəkili Jonathan Hall QC, deyib ki, müsadirə edilən dörd hesabın hamısı cənab Cavadova məxsusdur və “Azərbaycan landromatından” keçib gəlib.

Onun sözlərinə görə, pulların hərəkəti saxta şirkətlər vasitəsilə edilib, həmin şirkətlərin yeganə məqsədi pulların mənşəyini “gizlətmək” olub və ehtimal ki, bu şirkətlərə daxil olan pul “kriminal” mənşəli olub.

O əlavə edib ki, təhvil edilən pul cütlüyün hesablarında dondurulmuş 6,4 milyon funt sterlinqdən az olsa da, NCA qalan pulun mənşəyini araşdırarkən bu işin xərcini və riskini nəzərə almalı idi, baxmayaraq ki, həmin pulun mənbəyi müsadirə edilmiş əmanətin mənbəyinə bənzər olub.

Jonathan Hall QC-ın sözlərinə görə, 4 milyon funt sterlinqin əldə edilməsi “böyük və əhəmiyyətli” bir uğur idi.

“Bu 4 hesabdakı pul bir sıra saxta şirkətlərdən gəlib”, cənab Hall məhkəməyə deyib.

“Bu saxta şirkətlərin onlara daxil olan pulun mənşəyini dolaşdırıb gizlətməkdən savayı başqa heç bir rolu olmayıb; ehtimallar balansı nöqteyi-nəzərindən onlara daxil olan pullar kriminal mənşəli olub və həmin şirkətlər tərəfindən yuyulub”.

“Digər pul vəsaitlərinə gəldikdə, NCA bunu və ya Cavadovların hazırda məlum olan istənilən digər aktivlərini təqib etməyəcək”.

“Digər hesablardakı pulların təbiətcə bənzər olması düzgündür. Ancaq məhkəmə araşdırması, gecikmələr və məhkəmə xərcləri ilə bağlı həmişə risk mövcuddur. Bu o deməkdir ki, NCA bu məsələnin daha iri mənzərəsinə baxıb. Azərbaycan landromatından keçib gəlməsi əsası ilə 4 milyon funt-sterlinqin sistemdən götürülməsi əhəmiyyətli və mühüm bir addımdır”.

Cavadovların kral vəkili James Lewis deyib ki, onun müştəriləri razılaşıblar ki, dörd hesabdakı pullar “landromat”dan keçərək gəlib, lakin qanun pozuntusuna yol verdikləri ilə razılaşmayıblar.

London rayon hakimi Vanessa Baraitser cütlüyün pulu “landromat”dan keçirərək “pul yuyulması sxemindən” istifadə etdiyini və buna görə pulların müsadirə edilməsinin ədalətli olduğunu deyərək sövdələşməni təsdiqləyib, Evening Standard nəşri bildirib.

London

ŞƏKLİN MƏNBƏYİ,MARY EVANS PICTURE LIBRARY

İzzətxanım Cavadova “İlham Əliyevin əmisi qızı, keçmiş deputat Cəlal Əliyevin qızıdır”

Britaniyanın Evening Standard qəzeti İzzətxanım Cavadovanın Azərbaycan Prezidenti İlham Əliyevin əmisi qızı, keçmiş deputat Cəlal Əliyevin qızı olduğunu yazır.

BBC News Azərbaycanca Prezident Adminstrasiyasından bununla bağlı şərh ala bilməyib. O cümlədən Cavadovlar ailəsindən reaksiya almaq mümkün olmayıb.

Cütlük gəlirlərinin Azərbaycandakı daşınmaz əmlakdan gəldiyini sübut etməyə çalışıb və məhkəmədə ittihamları rədd edib.

Britaniyanın Cinayətkarlıqla Milli Mübarizə Agentliyi (NCA) DJ kimi “Mikaela Jav” adıyla tanınan İzzətxanım Cavadovanı və onun əri Süleyman Cavadovu paytaxtdakı həyatlarını “korrupsiya yolu ilə əldə edilmiş vəsaitlə maliyyələşdirməkdə, ölkəyə qanunsuz yolla 14 milyon funt-sterlinq (33 milyon manata yaxın) gətirməkdə” ittiham edir.

Evening Standard qəzeti yazır ki, İzzətxanım Cavadova Londona azı 10 il əvvəl gəlib və burda “Love the Underground Records” adlı şirkət yaradıb və Londonda, İspaniyanın İbiza kurort adasında rəqs gecələri təşkil edib.

Onun əri Süleyman Cavadovun atasının Azərbaycanın energetika nazirinin keçmiş müavini Gülməmməd Cavadovdur, iddia olunur ki, o, Coutts bankına şəxsiyyəti ilə bağlı saxta məlumat verib, qəzet yazır.

Bu təhqiqat bir neçə ildir ki, gedir və Britaniya mətbuatı indiyə kimi onları “adları açıqlanmayan Azərbaycan əsilli cütlük” kimi təqdim edirdi.

“Evening Standart” cütlüyün kimliyinin açıqlanması üçün iki ilə yaxın idi ki, məhkəmə mübarizəsi aparırdı. Nəhayət ki, məhkəmə onların şəxsiyyətinin açıqlanmasına icazə verib.

Hər hansı qanunsuzluğu rədd edən cütlük məhkəmədən şəxsiyyətlərinin açıqlanmamasını tələb etmiş və buna nail olmuşdu.

London

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Cinayətkarlıqla Milli Mübarizə Agentliyi iddia edir ki, onlar milyonlarla funt-sterlinqi Britaniya banklarına “çirkli yollarla” gətiriblər və gəlirin qanunsuz mənbəyi saxta qəbzlərlə gizlədilib.

Cavadovların Londonda bir neçə yerdə mülkü olduğunu yazan qəzet məhkəmə materiallarına istinadən əlavə edir ki, onların İbizada da mülkləri var: “Belə aydın olur ki, onların İbizada dənizə baxan villası və adanın başqa yerində bahalı bir mənzili, o cümlədən Azərbaycanda geniş daşınmaz əmlak portfeli var”.

Amma Cinayətkarlıqla Milli Mübarizə Agentliyi məhkəməyə deyib ki, “həqiqi mənbənin korrupsiya olduğunu və hər hansı bir həqiqi gəlirin Londona göndərilən böyük məbləğlə üst-üstə düşmədiyini” düşünür.

“MCA-nin arqumenti budur ki… onlar aldıqlarının kirayəçilərdən deyil, çirkli pulların yuyulması üçün hazırlanmış qanunsuz bir vasitəçidən gəldiyini bilirdilər,” – məhkəmə sənədində iddia olunur.

Sənəddə o da vurğulanır ki, köçürülən vəsaitin məbləği (6 il 8 ay ərzində 13.8 milyon funt-sterlinq) onların [Cavadovların] təhqiqatda dedikləri məbləğdən təxminən iki dəfə, Coutts bankına bəyan etdikləri kirayə dövriyyəsindən iki dəfə çoxdur.

Məhkəmə sənədləri Cavadovların hesablarına göndərilən pulların Seyşel və Marşal adalarından tutmuş Potters Barda və Ayd-adan idarə olunan 21 “qaranlıq” şirkətdən, Estoniya və Latviyadakı banklardan gəldiyini iddia edir.

Bu iddialara görə, şirkətlərin 6-sı “Azərbaycan camaşırxanası” sxeminə daxil olub və ölkənin “hakim elitasının həyat tərzini dəstəkləmək” üçün istifadə edilib.

Cinayətkarlıqla Milli Mübarizə Agentliyinin Cavadovların Coutts, Barclays, Lloyds, Metro Bank and Santander banklarında təxminən 6.5 milyon funt-sterlinq olan hesablarına həbs qoyulması iddiası ilə bağlı məhkəmə iclası isə gələn həftə başlayacaq.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button