Loading...
Loading...
Cəmiyyət

Cəlilabadda dəhşətli qətl: Qardaşı arvadını hamamda başqa kişi ilə yaxaladı

Cəlilabadda iki nəfər qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də gecə saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitlərinin tapılması barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisəni törətmiş K.Şahmarovanın qaynı Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Məlum olub ki, onlar intim münasibətdə olan zaman qətlə yetiriliblər.

Uzuntəpə kənd sakini Allahşükür Qarayevin oğlu Ruslan Qarayev gecə 4 radələrində Cəlilabad rayonunun Kirovka qəsəbəsində Könül Şahmarovanın yaşadığı evə gedib və onunla hamamda intim münasibətə girib.

Bu zaman evə gələn K.Şahmarovanın qaynı Elşən Məmmədov baş verənləri görüb və hər iki şəxsi qətlə yetirib. (oxu.az)

24 saat” “Cəlilabadda dəhşətli qətl: Qardaşı arvadını hamamda başqa kişi ilə yaxaladı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  SOCAR-a prezident təyin olunan şəxs kimdir? - DOSYE

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button