Cəmiyyət

Cəmil Məmmədli saxlanılıb – 24 saat

Jurnalist Cəmil Məmmədli saxlanılıb.

Bu barədə DİN Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

Bildirilib ki, başlanmış cinayət işi üzrə Məmmədli Cəmil Qiyas oğlu saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

İttihama görə, C.Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, C.Məmmədli müstəqil jurnalist kimi bir sıra internet kanallarla əməkdaşlıq edir. O, daha əvvəl Azadlıq radiosunda çalışıb.

***

Cəmil Məmmədli tutulmazdan bir saat əvvəl feysbuk hesabında canlı yayım edərək polis şöbəsinə getdiyini və həbs olunacağını gözlədiyini bildirib.

24 saat” “Cəmil Məmmədli saxlanılıb – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Total nəzarət, yoxsa zəruri tədbir? - Daimi yaşayış yerini dəyişənlər müvəqqəti qeydiyyata düşməsələr, cərimələnəcəklər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button