Now Reading:
Cənub rayonlarında mal əti bahalaşıb

Cənub rayonlarında mal əti bahalaşıb

Azərbaycanın cənub rayonlarında mal əti bahalaşıb.

Mal ətinin bir kiloqramı son günlər 1 manat artaraq 11 manat olub. Bazarlarda mal ətin qıtlığı da müşahidə olunur. Qoyun ətinin bir kiloqramı 11-12 manata satılır.

Buna da bax:​ Qubad İbadoğlu: ‘Qiymət artımı sürətlənəcək’

Lənkəranın mərkəzi bazarında mal əti satanların da sayı azalıb. Qəssablar əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğunu deyirlər. Onların bildirməsinə görə, çəkisi 150-200 kiloqram olan dananın əti 2-3 günə satılır. Ətin qiymətinin daha da qalxacağı gözlənilir.

Alıcılar da qiymətlərin qalxmasından şikayətlənirlər. Bakıda isə artıq, bir neçə aydır mal əti 11 manata satılır. Sümüksüz mal əti isə 13-14 manatdır.

24saat.org

Mənbə – azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.