Bizim tərcüməDünya

Cənubi Afrikada dəhşətli hadisə! Ritualı yerinə yetirən qrup su altında qaldı… Çoxlu ölü, 15 nəfər itkin düşüb

Cənubi Afrikanın Yohannesburq şəhərində leysan yağışlar nəticəsində Jukskey çayı daşıb. Çay sahilində dini ayinlər icra edən qrupdan 9 nəfər həyatını itirib, 15 nəfər isə itkin düşüb. Yohannesburq Şəhər Fövqəladə Hallar İdarəetmə Xidmətinin sözçüsü Robert Mulaudzi verdiyi açıqlamada, “Dünən gecə fırtına başlayanda bir qrup insan çayda dini mərasimə qatılırdı”, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Mulaudzi, itkin düşənlərin fırtınanın başlaması ilə bölgəni tərk etmiş ola biləcəyini də ifadə edərək, qeyri-müəyyənliyi aradan qaldırmaq üçün mərasimə qatılanlarla görüşdüklərini izah edib.

2016-cı ilin noyabrında dayaz Jukskei çayında baş verən daşqın İsgəndəriyyə şəhərində yüzlərlə müvəqqəti evi su basmışdı. (İHA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Putinin ABŞ-dan çox danışılacaq açıqlaması! 'Mehriban deyil'

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button