Loading...
Loading...
ÖLKƏGündəm

Cənubi Koreya dondurulmuş İran neft pullarından Tehranın BMT-yə borcunu ödəyib

Cənubi Koreya yanvarın 23-də bildirib ki, ölkəsində dondurulmuş İran aktivlərinin 18 milyon dollarından istifadə edərək Tehranın BMT-yə haqqını ödəyib.

Bildirilir ki, ödəniş yanvarın 21-də İranın ABŞ-a “fövqəladə müraciət” etməsindən sonra ABŞBMT ilə əməkdaşlıq çərçivəsində edilib.

Bu barədə Cənubi Koreya Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ABŞ-ın sanksiyaları səbəbindən İranın Cənubi Koreyanın iki bankında neft daşımalarından əldə etdiyi 7 milyard dollardan çox vəsaiti var.

Nazirlik bildirib ki, bu ödənişdən sonra İranın BMT Baş Assambleyasında səsvermə hüququnun dərhal bərpa ediləcəyi gözlənilir.

Birləşmiş Ştatlar Tehranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxmazdan və sarsıdıcı sanksiyaları yenidən tətbiq etməzdən əvvəl İslam Respublikası Cənubi Koreyanın Yaxın Şərqdə üçüncü ən böyük ticarət tərəfdaşı olub.

ABŞ-ın 2015-ci ildə bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxmadan və sarsıdıcı sanksiyaları bərpa etməzdən əvvəl İslam Respublikası Cənubi Koreyanın Yaxın Şərqdə üçüncü ən böyük ticarət tərəfdaşı idi.

BMT yanvarın əvvəlində Baş Assambleyada İranın səsvermə hüququnu dayandırarkən ödənilməmiş rüsumları əsas gətirib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Rusların Xarkovun mərkəzini raketlə vurması kameraya düşüb - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button