Now Reading:
Cərimələrdən yığılan vəsaitin bir hissəsi məmurlara çatacaq

Torpaq Məcəlləsinin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə dəyişiklik edilib.

Bizimyol.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:

“4. Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Qanun layihəsində deyilir ki, bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Qanun layihəsi Torpaq Məcəlləsinin tələblərinə daha ciddi əməl olunması və bu sahədə hüquqpozmaların qarşısının alınması, eləcə də torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı mübarizə aparan müvafiq icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə hazırlanıb.

Məcəllənin 110-cu maddəsinə əsasən, “bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət yaradan hallar isə İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrində (o cümlədən 245-ci, 246-cı, 247-ci, 248-ci maddələrdə və sair) nəzərdə tutulub. Həmin xətalara görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi qanunun tətbiqinə dair fərmanla müəyyən olunacaq müvafiq icra hakimiyyəti orqanlarının hesabına köçürüləcək və orada işçilərin sosial müdafiəsinə yönəldiləcək. Eləcə də vəsaitlərdən səmərəli və şəffaf istifadəni təmin etmək üçün bu vəsaitlərin bölgüsü və istifadə qaydası müəyyən ediləcək.

Qeyd edək ki, dekabrın 15-də keçirilən Milli Məclisin plenar iclasında Torpaq Məcəlləsinin 45-ci maddəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.