2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəbhəçi müəllimlərin işdən çıxarılmasına Amerikadan etiraz

Amerika Müəllimlər Federasiyası (AFT) Azərbaycanda müxalif partiyanın üzvü olan müəllimlərin işdən çıxarılmasını pisləyib.

«Amerika Müəllimlər Federasiyasının 1.6 milyon üzvü adından yazıram ki, siyasi partiya mənsubiyyətinə görə hədələrə məruz qalan, sonra isə işdən azad edilən Azərbaycan müəllimləri haqqında eşitdikdə yaşadığımız sarsıntını ifadə edim», – deyə AFT-nin katibi Lorretta Johnson Azərbaycan prezidenti İlham Əliyevə müraciətində bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Müraciətdə vurğulanır ki, Azərbaycanda müəllimlər bir çox fəallarla birlikdə repressiyaların mərkəzindədirlər. Bir neçə müəllim aprelin 8-də Bakıda keçirilən müxalifətin mitinqində iştiraka görə işdən çıxarılıb. «Bu, 10-larla fəalın, jurnalistin və siyasi rəqiblərin həbslərindən ibarət narahatlıq doğuran modelin elementlərindən biridir. Baş verənlər hüquq müdafiəçilərini ölkənizdə vətəndaş cəmiyyətinin iflic və mühasirə vəziyyətində olduğunu təsvir etməyə məcbur edib», – deyə L.Johnson yazır.

Müraciətdə yerli KİV-lərə istinadən bildirilir ki, aprelin 27-də AXCP üzvü, fizika müəllimi Əflatun Əhmədli Neftçala rayonu Mayak kəndinin 1 nömrəli məktəbindən, onun həyat yoldaşı, rus dili müəlliməsi Ülkər Əhmədli isə 3 nömrəli məktəbdən çıxarılıb.

Bundan başqa, müraciətdə xatırladılır ki, başqa bir AXCP fəalı Cəlil İmanov da tarix müəllimi vəzifəsindən azad olunub.

«Hökumətinizin növbəti addımları Azərbaycanda vətəndaş hüquqları və siyasi hüquqlar üçün əhəmiyyətli olacaq. AFT insan hüquqlarının müdafiəsinə, şəffaflığa və düzgün idarəetməyə çağıran bütün azərbaycanlıların işlərini dəstəkləyir», – deyə L.Johnson məktubunda bildirir (azadliq.org).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button