2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Cəbhəçi qanunsuz həbs edildiyini bildirdi

«Bu gün, aprelin 2-də müxalifətin mitinqindən öncə inzibati qaydada həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ayaz Qasımovla görüşdüm».

Bunu AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev bildirib.

Vəkil deyib ki, A.Qasımovla görüşməkdən ötrü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına gedib. Amma gənci orada tapmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

«Sonra öyrəndim ki, A.Qasımov Binəqədi Rayon Polis İdarəsində saxlanır», – vəkil bildirib.

Ə.Mustafayev deyib ki, A.Qasımova polisin qanuni əmrinə tabe olmamaq ittihamı irəli sürülüb. Onun vurğulamasına görə, Binəqədi Rayon Məhkəməsi martın 29-da gənc fəala 15 sutka həbs cəzası verib.

Vəkilin açıqlamasına görə, gənc fəal heç bir qanun pozuntusuna yol ver vermədiyini deyib.

Ə.Mustafayev bundan öncə, martın 30-da inzibati qaydada 30 sutka həbs alan daha iki AXCP fəalı – Abdulla Mahmudov və Orxan Baxışlı ilə görüşdüyünü açıqlamışdı. O, gənclərin saxlanma şəraitindən narazı olmadıqlarını bildirmişdi.

Üç fəalın saxlanaraq inzibati qaydada həbs edilməsi ilə bağlı məlumatı jurnalistlərə ilk dəfə AXCP sədri Əli Kərimli bildirmişdi. O gənclərin mitinqin təşkilatçıları olduğunu, uydurma ittihamla cəzalandırıldığını açıqlamışdı: «ATƏT müşahidə apardığından bu dəfə mitinqöncəsi təzyiqlər az oldu. Ancaq onlarla fəal polisə çağırıldı. AXCP-nin üç fəalına isə sutkalıq həbslər verildi…».

Ancaq bu deyilənlərə Daxili İşlər Nazirliyi və məhkəmə orqanlarından münasibət almaq mümkün olmayıb.

Milli Şura və Müsavat Partiyasının bundan öncəki mitinqi ərəfəsində isə altı nəfərin inzibati qaydada həbs cəzası aldığı bildirilmişdi. Həmin altı şəxs də rəsmən polisin qanunu tələbinə əməl etməməkdə ittiham edilmişdilər. AXCP hesab edir ki, bunda məqsəd mitinqlərin kütləviliyinin qarşısını almaqdır. Hakimiyyət təmsilçiləri isə belə yanaşmanı «mitinqlərə az insanın gəlməsinə don geydirmək» cəhdi kimi dəyərləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button