2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəbhəçi xanım “Gürcüstan işi” ilə bağlı ifadə verib

Bu gün AXCP fəalı Almaz Rəhimova Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verib. O, bu ilin 25 may tarixində Tbilisidən müayinədən geri qayıdan zaman Qazax gömrük məntəqəsində saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlının cinayət işi ilə əlaqədar ifadə verib. İdarənin müstəntiqi Ramiz Alverdiyev tərəfindən aparılan dindirmə prosesi 3 saat çəkib. Dindirmə zamanı A. Rəhimovaya Gürcüstana nə məqsədlə getdiyi, orada G. Bayramlı ilə kimlərin görüşdüyü, xarici təşkilat nümayəndələri ilə hər hansı görüş olub-olmadığı barədə sual verilib. Sorğu zamanı həmçinin onların səfərdən əvvəl AXCP sədri Əli Kərimlidən hansısa tapşırıq və təlimat alıb-almadıqları soruşulub. A. Rəhimova Gürcüstana yalnız müalicə məqsədilə getdiyini, heç kimlə görüşmədiklərini, heç kimdən heç bir təlimat almadıqlarını bildirib. O, son illər Tbilisidə müalicə olunduğunu sübut edən sənədləri, xəstəlik kağızlarını və həkim arayışlarını da istintaqa təqdim edib.
Xatırladaq ki, A. Rəhimova bu ilin 25 may tarixində Tbilisidən müayinədən geri qayıdan zaman Qazax gömrük məntəqəsində saxlanılan və haqqında saxta ittihamla cinayət işi açılan G. Bayramlı ilə birlikdə olub.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button