2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəbhədə çoxsaylı itkilərlə bağlı rəsmi – Açıqlama

esger15Ermənistan tərəfinin cəbhə xəttində erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun guya yüzlərlə hərbçisini və onlarla ağır hərbi texnikalarını məhv etməsi barədə yaydığı məlumatlar, foto və videomateriallar əsla həqiqətə uyğun deyil. Bu, yalanın və saxtakarlığın yüksək həddidir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı konkret olaraq Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın Facebook şəbəkəsində paylaşdığı və guya Dağlıq Qarabağdakı döyüş əməliyyatları zonasında öldürülmüş azərbaycanlı xüsusi təyinatlıların olduğu şəkillərlə də bağlı məsələyə aydınlıq gətirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Ermənistanın Müdafiə Nazirliyi tərəfindən guya çoxsaylı azərbaycanlı hərbçilərin, əsasən də xüsusi təyinatlıların məhv edilməsinə dair yaydığı fotoşəkillərin nə Azərbaycana, nə onun Silahlı Qüvvələrinə, nə də xüsusi təyinatlılarına heç bir aidiyyatı yoxdur. Həmin şəkillər Ukraynada Donbasdakı münaqişə ərazisində çəkilib və 1-2 il əvvəl yayılıb. İndi onlar ermənilər tərəfindən sosial şəbəkələrdə azərbaycanlı əsgərlər kimi göstərilir”.

Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi, o cümlədən Dağlıq Qarabağdakı separatçı rejim cəbhədəki uğursuzluqlarını ört-basdır etmək, erməni əhalisinin qəzəbinə düçar olmamaq üçün müxtəlif yalanlar uydurur:

“Onlar elə bilirlər ki, bununla erməni xalqının ruh yüksəkliyinə nail ola biləcəklər. Ermənilər artıq özləri də nə etdiklərin bilmirlər. Deyirlər ki, guya yüzlərlə Azərbaycan hərbçisi öldürülüb. Bəs hanı ölənlər? Onlar bu “uğurlu əməliyyatı” harada həyata keçiriblər? Azərbaycan ordusuna gücü çatmayan Ermənistan rəhbərliyi indi öz əhalisini və dünya ictimaiyyətini “kollaj-montaj əməliyyatları” ilə aldatmağa çalışır. Azərbaycanda məşhur bir məsələ görə, belə əməllərin ömrü cəmi 40 gün olar. Bunlarınkı heç 4 gün də çəkmədi”.

Milli.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button