2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Cəbhədə indi nə baş verir? [şərhlər] [video]

Bir neçə gündür ki, cəbhədən gələn xəbərlərin gərginliyi artıb.

Azərbaycan tərəfi məlumat yayıb ki, mayın 16-da, Ermənistan silahlı qüvvələri, Ağdamda yaşayış məntəqələrini, müxtəlif çaplı minaatanlardan atəşə tutublar – amma itki olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, mayın 15-də, Füzulu-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hava məkanını nəzarətə götürməyə cəhd göstərib, Azərbaycan ordusu isə kompleksi şəxsi heyətlə birgə məhv edib.

Buna da bax:​ MN:“Ermənistanın “OSA” zenit-raket kompleksi sıradan çıxarılıb”

Ermənistan tərəfi isə hücumu Azərbaycanın başladığını, kompleksin zədələndiyini, amma insan itkisinin olmadığını deyir.

Qondarma Dağlıq Qarabağ rejiminin mayın 16-da yaydığı videoda, hərbi əməliyyatın keçirildiyini, Azərbaycan tərəfdə hərbi obyektlərin vurulduğunu iddia edir.

Cəbhədə nə baş verir?

Bakıda Sülh və Konfliktlərin Həlli Mərkəzinin direktoru Elxan Mehtiyev bildirir ki, tərəflər arasında bu cür gərginlik vaxtaşırı baş verir və münaqişə ətrafında yeni vəziyyətin yarandığını demək doğru olmazdı.

Buna da bax:​ Ekspert: «Ermənistan itirdiyi mövqeləri geri almaq istəyir»

Elxan Mehtiyev deyir ki, müasir dövrdə Ermənistan sərhəddə müasir silahlar yığır, yeni tipli kameralar yerləşdirir və Azərbaycan ordusunun bütün yerdəyişmələrini izləyir. Onun sözlərinə görə, Ermənistan tərəfi aprel döyüşlərindən dərs çıxarıblar, özlərinin müdafiə istehkamlarını üçqat gücləndiriblər.

Elxan Mehdiyev “OSA”nın vurulmasını belə şərh edir:

“Sadəcə, Azərbaycan tərəfi ermənilərin Azərbaycana atəşkəs xəttinə daha yaxın müdafiə sistemi qurduğundan onu zərərsizləşdirib. Bu da normal haldır. Əvəzində də Ermənistan tərəfi Azərbaycan tərəfindəki bu cür bir neçə hərbi məntəqələri minaatanlardan atəşinə tutub, indi onları nə qədər sıradan çıxarıb, ya yox, bu haqda biz bilmirik, amma yerləşdirdikləri videodan görünür ki, onlar da zərər vurublar”.

Buna da bax:​ MN: ‘Ermənistanın təxribatı ifşa olunub’

Yerevanda, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Manvel Sarkisyan da deyir ki, xüsusi bir hal baş vermir, atəşkəs adətən pozulur.

Bakıda başqa bir politoloq Zərdüşt Əlizadə də hesab edir ki, cəbhə xəttində xüsusi gərginlik yoxdur, onun fikrincə, Rusiya arabir münaqişəni bu cür alovlandırır – məqsəd isə hər kəsə göstərməkdir ki, münaqişə davam edir.

Ötən həftə Azərbaycanın Ümumrusiya Konqresinin Rusiyada qeydiyyatı ləğv olunmuşdu, hakim partiyadan olan deputatlar, məsələn, Səməd Seyidov demişdi ki, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərə xələl gətirdi.

Buna da bax:​ Ermənistan Azərbaycana xəbərdarlıq edir

Zərdüşt Əlizadə və Elxan Mehtiyev deyirlər ki, Rusiya və Azərbaycanın münasibətləri əslində pisləşməyib və Qarabağ ətrafında oyun qaydaları dəyişməyib. Elxan Mehdiyev bu haqda deyir:

“Əgər bu təşkilatı ləğv ediblərsə, yenidən, nizamnaməni dəyişib, yeni təşkilat qura bilər. Rusiyada belə bir problem yoxdur. İki ölkə arasında hansısa gərginləşmə görmürəm. Əksinə, bunu, Azərbaycanın hakimiyyətyönlü qüvvələrinin hay-küyü kimi görürəm”.

Elə isə hakim partiya üzvlərinin Rusiyadan küskün bəyanatlarının səbəbi nədir? Zərdüşt Əlizadə ehtimal edir ki, Əliyevlər bir daha vurğulamaq istəyirlər ki, Azərbaycanda Rusiya əleyhinə qüvvələr var və Moskvaya sadiq yeganə qüvvə elə Əliyevlər ailəsidir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button