2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cəbhədən foto-video paylaşanlar məsuliyyətə cəlb oluna bilərlər

Cəbhədən hərbi sirr təşkil edə biləcək foto – videoların sosial şəbəkələrdə paylaşılması, erməni kəşfiyyatının işini asanlaşdırmaq cəhdlərinin qarşısının alınması üçün hüquq-mühafizə orqanları gözləmə mövqeyindədirlər. ANS TV-nin məlumatına görə, müdafiə nazirliyi cəbəhədən paylaşılan foto, videoların yığışdırılması üçün müraciət edib. İndi əlaqəli qurumlar hərəkət etməlidirlər.  Deyilə bilər ki, bu qədər şəbəkə istifadəçisi var, bunu necə araşdırmaq, tapmaq olar?

Əvvəla təmas xəttindən foto-videonu paylaşanlar üzdə olan adamlardır, bu şəkilləri bəzi saytlar da xəbər kimi təqdim ediblər.  İkincisi isə sosial şəbəkələrdə bəzi hərəkətlərlə bağlı hüquq-mühafizə orqanlarının tədbirlər gördüyünün dəfələrlə şahidi olmuşuq.

Məsələn, müxtəlif çağırışlar etməyə görə vətəndaşlar məsuliyyətə cəlb olunub.  Kəşfiyyat xarakterli cəbhə məlumatlarının yayılmasında vətəndaşların məsuliyyətləri var. Yayılan şəkil – video özü məlumatdır və bu məlumat dövlət sirri təşkil edə bilər.  Cəmiyyətdə tutduğu statusdan asılı olmayaraq şəxs məsuliyyət daşıyır. Belələrinin arasında müğənnilərdən tutmuş deputatlara, sıravi vətəndaşlaradək var. Deputat demişkən, məsələ bu gün parlamentdə də gündəmə gətirildi. Vitse-spiker Bahar Muradova  cəbhədə selfi çəkdirməkdənsə, daha geniş çevrədə iş görməyə çağırdı

Saytların yığılması Saytlarin yigilmasi

“Əlbəttə biizm hər birimizin ürəyindən keçir səngərlərə gedək, əsgərlərə baş çəkək,onlarla şəkil çəkdirək,bayrağımızın dirəyindən yapışıb selfi çəkdirək, yəni bunları eliyə bilərik,eləməliyik, amma bəlkə də bu günün vəzifəsi deyil” – deyə Bahar Muradova vurğulayıb.

Müdafiə nazirliyi də yenidən ictimaiyyətə ANS vasitəsilə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı işğaldan azad edilmiş ərazilərdən, fərqi yoxdu, cəbhədən foto-video paylaşma hallarının təhlükə yaratdığını diqqətə çatdırıb.

“Burda sadəcə hamımızın vətəndaşlıq mövqeyimiz olmalıdır. Bilməliyik ki, bu paylaşılan foto olsun video olsun düşmən tərəfindən izlənilir və onların kəşfiyyatı bu məqamları əldə edə bilir. Bizim yerləşdiyimiz mövqeləri görə bilir.”

Baş prokurorluqdan Eldar Sultanov ANS-ə bildirdi ki, bu tip məsələlərin araşdırılmasına  əsas lazımdı. Bunun üçün Müdafiə Nazirliyi rəsmi surətdə baş prokurorluğa müraciət ünvanlamalıdır. Bundan sonra tədbir görülə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button