2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Cəbrayılın icra başçısı şikayətçiləri otaqdan qovdu: RİH binasını tikmiş fəhlələr ondan pulunu istəyirmiş – Savash.org


Cəbrayılın icra başçısı haqqını tələb edənləri otaqdan qovub

Biləsuvar rayonunda Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisində işləmiş yüzdən çox işçi əmək haqqını ala bilmir. İşçilər 4 ildir ki, maaşlarını tələb etsələr də, onların tələbi yerinə yetirilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə ”Bizim Yol”un əməkdaşına ünvanlanan müraciətdə bildirilir. Şikayətçi adının gizli qalması istəyini qarşılaşa biləcəyi təhlükə ilə əlaqələndirdi.

”Ötən gün Biləsuvarda məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə işsizlərə iş vermək adı ilə əhali ilə görüş keçirildi. Görüşdə iştirak edənlərin bir hissəsi icra hakimiyyətinin binasının tikintisində işlədiklərini, amma hələ də əmək haqlarını ala bilmədiklərini Cəbrayılın icra başçısı Mahmud Quliyevə bildirdilər. O da şikayətçilərə ənənəvi formada, yəni arzuolunmaz şəkildə cavab verdi və onları qovdu. Ona etiraz edənlərdən olan Taleh Əliyevi axşam saatlarında evindən icra hakimiyyətinə aparıblar. Hazırda onun səhhətində problem var. Ağır vəziyyətdədir”,-deyə şikayətçi bildirdi.

Onun sözlərinə görə, icra hakimiyyətinin binasının tikintisində işləyənlərin maaşı 500-1500 manat arasında dəyişib.





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button