2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Çəkisizlik şəraitində uzunmüddətli qalma insan beyninə ciddi mənfi təsir göstərir

    BKS-də (Beynəlxalq Kosmik Stansiya) çalışmış 12 nəfər astronavtın səhhətlərini müşahidə etdikdən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, uzun müddət ərzində çəkisizlik şəraitində qalmaq sinir hüceyrələrinə beynin ağ maddəsinə mənfi təsir göstərir. Alimlər güman edirlər ki, bu dəyişikliklər orqanizmin çəkisizlik şəraitində hərəkət etməyə adaptasiyasına ehtiyacdan yaranır. Nəticədə sinir hüceyrələri arasındakı əlaqə strukturunda dəyişikliklər baş verir. Daha əvvəl aparılmış tədqiqatlar artıq təsdiqləyiblər ki, kosmosda uzunmüddətli qalma bel əzələlərini zəiflədir və ürəyə mənfi təsir göstərir. Mars planetinə ola biləcək uzunmüddətli uçuş kosmik şüalanmanın beyin hüceyrələrinə təsiri səbəbilə astronavtların intellektual bacarıqlarını aşağı sala və psixi problemlərin yaranmasına gətirib çıxarda bilər. Astronavtların beyinlərindəki dəyişiklikləri müşahidə etmək üçün mütəxəssislər maqnit rezonans tomoqrafiyadan istifadə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

    Astronavtlar BKS-ə uçmazdan bir neçə gün öncə, Yer kürəsinə qayıdandan dərhal sonra və Yer kürəsinə qayıdandan 7 ay sonra müşahidələrdən keçiblər. Müşahidələr çərçivəsində əldə edilmiş məlumatlar beynin ağ maddəsinin müxtəlif hissələri arasındakı əlaqəni analiz edən xüsusi alqoritmlər vasitəsilə emal olunublar. Mütəxəssislər hüceyrələrin daxilində olan molekulların hərəkət xarakterlərinə əsaslanıblar. Beləliklə alimlər öyrəniblər ki, kosmosda uzunmüddətli qalma öz növbəsində beynin hərəkət bacarıqlarından cavabdeh olan hissələrin əlaqələrini dəyişib. Yer kürəsinə qayıdandan 7 ay sonra da həmin dəyişikliklər qorunub saxlanıb. Alimlər güman edirlər ki, kosmosda uzunmüddətli qalma səbəbilə beyindəki ağ maddənin təsadüfi paylanması nəticəsində bu cür dəyişikliklər baş vermiş ola bilərlər. Hal hazırda alimlər bu məsələdə beynin normal çalışma prosesinin bərpası üzrə strategiyaların hazırlanması ilə məşğul olurlar.

24 saat” “Çəkisizlik şəraitində uzunmüddətli qalma insan beyninə ciddi mənfi təsir göstərir” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button