2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏManşet

Cəlilabad: başçının müəllimləri işə qəbulunda “qoyun metodu” – Özəl

Cəlilabadda müəllimlərin işə qəbulunda analoqsuz metod tətbiq olunur. 24saat.org-a verilən xəbərə görə, vakansiyaların siyahısı rayon icra hakimiyyətindədir.

Məktəblərə müəllim qəbulunun Cəlilabadın icra başçısı Əziz Əzizovun nəzarətində olduğu xəbər verilir. İcra başçısı “orijinal” variantdan istifadə edərək böyük gəlir əldə edir.

Cəlilabaddan redaksiyamıza yazırlar ki, ali təhsilli müəllimlərlə texnikum təhsilli kadrların işə qəbulunda tariflər fərqlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Aynur İslamova adlı Feysbuk istifadəçisi qeyd edib ki, ali məktəb diplomu olanlar 20 baş qoyun, texnikum oxumuşlar isə 30 baş qoyun müqabilində işə götürülür.

Cəlilabadda pul vahidinin ekvivalenti kimi qoyun-quzu istənilir. Manatın devalvasiyasından sonra rayon rəhbərliyi maddi vəsait kimi qoyunları irəli sürüb.

Bildirək ki, icra başçısını indiyə qədər əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov himayə edib. Məlumatda bildirilir ki, Ə.Əzizovun vəzifəsindən kənarlaşdırılması və yerinə gənc kadr təyin olunması gündəmdədir.

Eyni zamanda ölkə rəhbərliyi də Əzizovun bioqrafiyasına görə narazıdır. Bioqrafiyası usta və sahibkarlıq olan, ictimai-siyasi fəaliyyəti olmayan, heç bir dövlət strukturu idarəçiliyində təcrübəsi olmayan şəxs 10 ildir ki, başçı işləyir.

24saat.org-a verilən xəbərə görə, K.Həsənovla Ə.Əzizov arasından “qara pişik keçib” və Cəlilabad rayon rəhbərinin işini itirməsi kifayət qədər realdır. Ə.Əzizovun Kərəm Həsənovla ciddi biznes əlaqələrində olduğu da daxil olan xəbərlər arasındadır.

Belə ki, Cəlilabadda üzüm sahələri, restoranlardan tutmuş Bakıdakı bir çox iri obyektlər bu iki şəxsin ortaq biznesinə daxildir. Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır.

İddia edilir ki, bir neçə on milyon dollara başa gəlmiş həmin ticarət obyktinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur. Mənbənin sözlərinə görə, Kərəm Həsənov dövlət məmuru olduğundan özünün birbaşa mərkəzə nəzarət etməsi mümkünsüzdür.

Və bu səbəbdən də maliyyə işlərini qardaşı, deputat Malik Həsənova həvalə edib. «Baku Mall»ın ikinci şəriki isə Cəlilabadın icra başçısı Əziz Əzizovdur.

Qeyd edilir ki, Qələbə Meydanında yerləşən «Baku Mall»ın tikintisini Kərəm Həsənova məxsus olan «Azinko» şirkəti həyata keçirsə də, onun bütün maliyyəsini sözügedən icra başçısı verib. Elə buna görə də, Əziz Əzizova ticarət mərkəzindən önəmli pay ayrılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button