2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cəlilabadda dəhşətli qətl: Keçmiş həyat yoldaşının başını kəsdi

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Hadisə bu gün səhər saatlarında rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Elxan Əmanov keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla başını kəsməkdə şübhəli bilinir.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra E.Əmanov sirkə turşusu içib və yaxınları onu rayon xəstəxanasına yerləşdirib. Lakin E.Əmanovun vəziyyəti ağır olduğu üçün paytaxt xəstəxanalarından birinə aparılıb.

Məlumata görə, tərəflər arasında əvvəllər bir neçə dəfə münaqişələr olub. O, A.Abbasovanı dəfələrlə döyüb. Həmçinin E.Əmanovun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi və buna görə müalicə aldığı bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır. (Report)

24 saat” “Cəlilabadda dəhşətli qətl: Keçmiş həyat yoldaşının başını kəsdi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button