2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəlilabadda jurnalist vəhşicəsinə döyülüb, xəstəxanaya düşdü

Cəlilabad rayon sakini, “Regionsəs” qəzetinin baş redaktoru Asif Həsənli dünən  axşam saatlarında rayonun “Kral” istirahət mərkəzində vəhşicəsinə döyülərək aldığı xəsarət nəticəsində Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Rayondakı mənbəmizin verdiyi məlumata görə xəstənin vəziyyəti ağırdır.

Saytların yığılması Saytlarin yigilmasi

Regionaz.tv saytı hadisə ilə bağlı yazıb ki, A.Həsənlinin yaxınları onu Kral istirahət mərkəzinə hüquq mühafizə oraqnının əməkdaşlarının çağırdığını bildiriblər. Deyilənə görə, dəvət edənləri A.Həsənli tanıyırmış. Orada yaranan mübahisə zamanı   Cəlilabad RPİ, İstintaq şöbəsinin rəisi, polis mayoru Eldar Məmmədov içki şüşəsi ilə A.Həsənlinin başına vurub. Yazılanlara görə, jurnalistin yaxınları deyib ki, onun döyülməsində bir neçə nəfər iştirak edib və hadisə polis işçilərinin gözü qarşısında baş verib, polislər hadisəyə biganə qalıb.

Məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsiylə  əlaqə saxladıq. Şöbənin rəis müavini Eldər Səfərov Asif  Həsənlinin döyülməsini təsdiq etsə də, bildirdi ki, ona xəsarəti polislər yox, Məmmədov Rizvan Allahşükür oğlu yetirib. Rəis müavini deyib ki, bunu xəstəxana məlumatında Asif Həsənlinin özü qeyd edib. Rəis müavini israrla bildirib ki, məlumata adı çəkilən polis mayoru E.Məmmədovun ümumiyyətlə hadisə yerində olmayıb.

Qeyd edək ki, A.Həsənli Azərbaycan Yazıçılılar Birliyinin  üzvüdür. Eləcə də, nümayəndə kimi mülki işlərdə vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olur.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button