2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Cəlilabadda köhnə ssenari davam edir

Daha bir müəllim rayondan didərgin salınmaq üzrədir

68 saylı Cəlilabad Kənd Seçki Dairəsindən 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə müstəqil namizəd Mirbağır Bünyatov Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalıb. O, imza vərəqələrini DSK-ya təqdim etdikdən sonra ona İcra hakimiyyəti başçısının elşiləri vasitəsi ilə çatdırıb ki, namizədliyini geri götürsün. Bunu etmədiyi təqdirdə öz işini, yaxın qohumlarının və dostlarının işini itiriləcəyi ilə hədələnib. Bu barədə əməkdaşımıza Mirbağır Bünyatov özü bildirib. Bu məntiqsizliyi başa düşmədiyini deyən namizəd geri çəkilməyəcəyini bəyan edib.
Mirbağır Bünyadov Cəlilabad rayonu Qarazəncir kənd 1 saylı məktəbdə tarix müəllimi işləyir. Həmçinin Xəttat Kilimçi ləqəbi ilə bədii yaradıcılıqla məşğuldur. İki kitab müəllifidir.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, hakimiyyətin 68 saylı Cəlilabad Kənd Seçki Dairəsindən namizədi Elman Nəsirovdur.
Qeyd edək ki, əməkdaşımız Təzəxan Mirələmliyə 2010-cu il seçkilərində eyni cür təzyiqlər olunmuşdu.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button