2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Cəlilabadın təmirçi-alverçi başçısı: Kərəm Həsənov arxasından çəkildi – Özəl

Cəlilabadın icra başçısı siyasi dayaqlarını itirməkdədir. 24saat.org-a verilən xəbərə görə, Əziz Əzizovu himayə edən fiqur arxasından çəkilir.

İcra başçısını indiyə qədər əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov himayə edib.

Bu fakt Cəlilabad ictimaiyyətinə gün kimi aydındır. Komitə sədrinin icra başçısından üz döndərməsinə səbəb münasibətlərin əvvəlki səviyyədə olmamasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentin rayonların öz hesabına, dotasiyasız yaşaması barədə tapşırıqları K.Həsənovun Ə.Əzizova başına çarə qılması təklifi ilə müşayiət olunub.

Komitə sədri Cəlilabada tam şəkildə nəzarət etsə də, icra başçısına havadarlıq vəzifəsini üzərindən atıb. Bu da icra hakiminin dayaqlarının sarsılması və mövqelərinin zəifləməsi deməkdir.

Məlumatda bildirilir ki, Ə.Əzizovun vəzifəsindən kənarlaşdırılması və yerinə gənc kadr təyin olunması gündəmdədir. Eyni zamanda ölkə rəhbərliyi də Əzizovun bioqrafiyasına görə narazıdır.

24saat.org-a verilən xəbərə görə, icra başçısı Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi işləyib.

1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olmuşdur. Sahibkarlıq fəaliyyətindən isə birbaşa 8 avqust 2006-cı il tarixli sərəncamla Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bioqrafiyası usta və sahibkarlıq olan, ictimai-siyasi fəaliyyəti olmayan, heç bir dövlət strukturu idarəçiliyində təcrübəsi olmayan şəxs 10 ildir ki, başçı işləyir.

Mənbənin iddialarına görə, K.Həsənovla Ə.Əzizov arasından “qara pişik keçib” və Cəlilabad rayon rəhbərinin işini itirməsi kifayət qədər realdır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button