2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cəmi 9 gün həbsdə qaldı – Şirkət rəhbərini məhkəmə zalından azadlığa buraxdılar

“Mega City Holding” MMC şirkətinin həmtəsisçisi Fariz Nuriyevin məhkəməsi keçirilib.

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178 və 308-ci (dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilən iş adamına hökm oxunub. Məhkəmə həbsdə saxlanılan Fariz Nuriyevin 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə hökm edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Naxçıvan MR Babək rayonu Nehrəm kənd sakini olan 1973-cü il təvəllüdlü Fariz Nuriyev Rüstəm adlı şəxsin şikayəti əsasında həbs edilib. Belə ki, vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edərək “MEGA City Holding” MMC-nin tikdiyi çoxmərtəbəli binadan 49 min manat verərək ev aldığını, sonradan həmin evdə başqasının yaşadığını öyrəndiyini bildirib. O, pulları şəxsən Fariz Nuriyevə verdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmdən 9 gün əvvəl, yəni avqustun 9-da o həbs edilib.

Məhkəmədə tərəflər arasında barışıq əldə edildiyi bildirilib.

Qeyd edək ki, şirkətin baş ofisi “Avesta” binasında yerləşir. (Qafqazinfo)

24 saat” “Cəmi 9 gün həbsdə qaldı – Şirkət rəhbərini məhkəmə zalından azadlığa buraxdılar” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button