2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəmil Həsənli daha bir tarixi yalanı ifşa etdi

Milli Şuranın sədri Cəmil Həsənli daha bir tarixi yalanı ifşa edib. O, bu barədə Facebook səhifəsində yazıb:

“Televiziyalarımızda fantaziyanın heç bir hüdudu yoxdur. İstənilən aparıcı istənilən cəfəngiyatı cəmiyyətə həqiqət kimi sırıya bilər. Bu günlərdə səhv etmirəmsə Xəzər televiziyasında bir aparıcı tarixi hekayələr danışa-danışa Bakıya səyahət edirdi. Bu hekayələrin biri azərbaycanlıların köçürülməsi və guya Mir Cəfər Bağırovun Moskvaya gedərək bu köçürmənin qarşısını alması barədə idi. Aparıcı deyirdi ki, Bağırov çox az adamlardan idi ki, Stalinin yanına öz şəxsi silahı ilə girə bilirdi. Və əlavə etdi ki, guya o, Stalini azərbaycanlıların köçürülməsi fikrindən daşındıra bilməsəydi onu vurmaq qərarına gəlmişdi. Bunlar hamısı nağıldır. Adamların tarixi təfəkkürünü belə mənasız nağıllarla korlamaq olmaz. Gəlin əvvəl başlayaq bu köçürmə məsələsindən. Xalqımız arasında belə bir əfsanə dolaşır ki, guya Böyük Vətən Müharibəsi illərində Stalin azərbaycanlıları köçürmək istəyib və Bağırov da bunun qarşısını alıb.

Bəla burasındadır ki, bu əfsanə artıq tarixçilər arasında da yayılmaqdadır və son illərdə bir sıra tarixi ədəbiyyata da sirayət etmişdir. XX əsr tarixinə az-çox bələd olduğumdan tam məsuliyyətlə deyirəm ki, belə bir şey yoxdur. Bunu iddia edən, yazan, bu nağılı danışan adamlar ancaq rəvayətlərə istinad edirlər. Ayrı-ayrı respublikalarda yaşayan müxtəlif əhali qrupları öz doğma yurdlarından deportasiya edilsələr də, nə Azərbaycanın, nə də digər bir müttəfiq respublikanın köçürülməsi məsələsi heç vaxt müzakirə mövzusu olmayıb. Çünki müttəfiq respublikalar SSRİ-nin təsisçiləri hesab edilirdilər və ittifaq dövləti formal da olsa onların birliyindən ibarət idi. Azərbaycan və Rusiya arxivlərində heç vaxt bu köçürməyə işarə olunan bir məktuba, sənədə, arayışa, dövlət rəhbərləri arasında VÇ xətti ilə telefon danışığına, sıfırlı yazışmalara rast gəlmədim. Kiminsə rast gəldiyinə də əmin deyiləm.

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən, müharibə və müharibədən sonrakı ilk illərdə SSRİ rəhbərliyi strateji baxımdan Cənubi Azərbaycanı Sovet Azərbaycanına birləşdirməyi planlaşdırırdı. Bunu təsdiq edən onlarla dövlət və partiya qərarları, rəsmi yazışmalar vardır. Əgər azərbaycanlıları köçürmək ideyası var idisə, bu Cənubi Azərbaycanı hara birləşdirəcəkdilər? Üçüncü mühüm məsələ isə neft amili idi. Bakı neft sənayesi faşizmə qarşı mübarizədə Sovetlərin əsas həyat mənbəyi idi. Neft istehsalında tarixi ənənəsi, istehsalat təcrübəsi olan əhalini köçürüb onların yerinə təcrübəsiz adamların gətirilməsinin nə demək olduğun bir balaca düşünmək lazımdır. Amma sonuncu iki nümunəni fikrimizi qüvvətləndirən dəlillər kimi qəbul edin. Əsas məsələ müttəfiq respublikalardan hər hansı birinin, o cümlədən Azərbaycan Sovet Sosialist Respublikasının köçürülməsi məsələsinin ümumiyyətlə gündəlikdə olmaması idi. Tarixin həvəskarlar əlində bir vasitəyə çevrilməsi, onu elmdən uzaqlaşdırıb mifoloji düşüncənin predmetinə yaxınlaşdırır. Bundan uzaq olmaq gərəkdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button