2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Cəmil Həsənli: “Daxildə düşməni yalnız avtoritar rejimlər axtarır”

“Kleptokratik, avtoritar rejim qurub və həm iqtidarı, həm də müxalifəti idarə etmək istəyir. Və onun idarə etməyi edə bilmədiyi müxalifət də olur düşmən.”

Bunu Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan prezidenti İlham Əliyevin aprelin 14-də 2020-ci ilik ilk rübünün iqtisadi-sosial yekunlarına həsr olunan müşavirəsində müxalifətə qarşı tənqidlərini şərh edərkən bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkəni bərbad vəziyyətə salıblar, faktiki ölkə iqtisadi, maliyyə, sosial böhran içərisindədir. İndi düşmən axtarırlar ki, ölkənin bu vəziyyətə salınmasının onun boynuna atsınlar.

O, bu çıxışın prezidentin martın 19-da Novruz bayramı çıxışındakı “ritorikasının davamı” adlandırıb.

Cəmil Həsənlinin sözlərinə görə, Azərbaycan hazırda iki təhlükə altındadır. Biri koronavirus pandemiyası, digəri isə neft qiymətlərinin düşməsi.

“17 il ərzində İlham Əliyev iqtisadiyyat yarada bilməyib. Azərbaycanda neft var, iqtisadiyyat yoxdur,” deyən Cəmil Həsənli İlham Əliyevin neftin qiymətinin düşməsinin doğura biləcəyi sarsıntılara qarşı preventiv tədbrilər gördüyünü və çıxışında koronavirus böhranından Azərbaycan müxalifətinə qarşı istifadə etmək əzmində olduğuna işarə etdiyini bildirib.

“Ölkəni bərbad vəziyyətə salıblar, faktiki ölkə iqtisadi, maliyyə, sosial böhran içərisindədir. İndi düşmən axtarırlar ki, ölkənin bu vəziyyətə salınmasının onun boynuna atsınlar.”

İlham Əliyevin çıxışında “o ki, qaldı bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz” ifadəsinə cavab olaraq Cəmil Həsənli deyib ki, dialoq ikitərəfli prosesdir və tərəflərin hər ikisinin maraqları, istəkləri və siyasi pinsipləri əks olunanda baş tutur. Amma “İlham Əliyev demokratiya haqqında barmaq silkələyir ki, Azərbaycanda demokratiya hökm sürəcək. Onun dialoqu da təxminən belədir,” o bildirib.

Cəmil Həsənlinin dediyinə görə, İlham Əliyev siyahı əsasında parlamentə mandatlı adamlar təyin edib və onları müxalifət adlandırır.

“Seçkini saxtalaşdırıb, xalqın iradəsini zorlayıb və Azərbaycan xalqının iradəsini ifadə etməyən bir məclis formalaşdırıb və ondan sonra deyir ki, dialoqda iştirak etməyən düşməndir. Bu özü də onun dünya görüşünün nə qədər məhdud olduğunun göstəricisidir,” Milli Şuranın sədri deyib.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button