2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəmil Həsənli: “Heydər Əliyev dövründə talışlar Moskvadan milli tələblər irəli sürmüşdülər”

Milli Şura sədri Əli Həsənovun Xalq Cümhuriyyəti və Elçibəy hökuməti haqda dediklərini darmadağın etdi

Prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai–siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını ittiham edib. Trend–in məlumatına görə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris–Teleradio Studiyasının açılışında çıxış edən Əli Həsənov bildirib ki, Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları səhv edərək o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə gediblər: “Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular və yaradacaqdılar da. Amma niyə bu, Azərbaycan ərazisində – İrəvan xanlığında oldu? Bu məsələ Azərbaycan hakimiyyəti və müasir dövrümüzün araşdırıcıları tərəfindən Xalq Cumhuriyyətinin fəaliyyətində mənfi hal kimi təqdim olunur“.

Müasir dövrün də bəzi tarixi məsələlərinə diqqət çəkən Ə.Həsənov deyib ki, o dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti “türkün türkdən başqa dostu yoxdur” deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi: “Bəzi etnik azlıqlar – talışlar, kürdlər Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə etibar etmirdi. Bu insanlar Azərbaycanda hansı statusla yaşamalı idilər? Ancaq ümummilli lider Heydər Əliyevin çağırışı ilə Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platforması elan edildi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi“.

Saytların yığılması Saytlarin yigilmasi

Əli Həsənovun bu fikirlərinə Milli Şuranın sədri, professor Cəmil Həsənlinin münasibətini öyrəndik. Cəmil Həsənli bildirdi ki, Əli Həsənovun yanaşması səhvdir: “Bu məsələlərdə diqqətli olmaq lazımdır. Xüsusilə dövlət rəsmilərinin bu məsələlərdə diqqətli olması vacibdir. Rusiya inzibati sistemində Aleksandropol quberniyası deyilən ərazi olmayıb. İrəvan xanlığının torpaqlarında 1828-ci ildə erməni vilayəti yaradılıb. Rusiya senatının qərarı ilə bu vilayət 1849-cu ildə İrəvan quberniyası adlandırılmağa başlayıb. Aleksandropol isə bu quberniyanın tərkibində bir qəza idi. İrəvan xanlığının ərazisini bir qəzanın hüdudlarına sığışdırmaq onu kiçiltməkdir. İrəvan xanlığının ərazisi Aleksandropolun ərazisindən böyük idi.

Sadəcə həmin dövrdə, yəni, Azərbaycan, Gürcüstan və Ermənistan müstəqilliyini elan edəndə, Aleksandropol, yəni Gümrü türklərin əlində idi. Bu baxımdan İrəvan şəhəri yeni yaranan erməni dövlətinin paytaxtı olması üçün güzəşt edilib. Bunun müqabilində isə ermənilər Yelizavetpol, yəni Gəncə quberniyasının dağlıq hissələrinə, daha dəqiqi Qarabağın dağlıq hissələrinə olan iddialarından imtina ediblər. Bu faktın əks olunduğu bir neçə sənəd var. Həmçinin Azərbaycanın və Ermənistanın Tiflisdəki diplomatik nümayəndələri Məmmədyusif Cəfərovla Arşak Camalyan arasında aparılan müzakirələr və yazışmalarda da bu fakt öz əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları dağınıq ərazilərdən bir dövlət, bir vətən yaratdılar, bir millət vücuda gətirdilər. Burada səhvlər axtarmaqdansa, BMT və digər beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınan işğal olunmuş torpaqları azad etmək barədə düşünmək lazımdır. Azərbaycan Xalq Cümhuriyyəti yeni yaranmasına baxmayaraq, çox az qüvvə ilə Azərbaycanın suverenliyini Qarabağın dağlıq ərazilərində bərpa edə bilmişdi. 1919-cu ildə Qarabağın dağlıq hissəsi qurultay çağırıb Azərbaycanın suverenliyini və Azərbaycan hakimiyyətini tanımaq haqqında qərar qəbul etmişdi. Həmini sənəd Azərbaycan hökuməti Parisə, Əlimərdan bəy Topçubaşova göndərmişdi. Əlimərdan bəy də bu sənədi Paris sülh konfrasına təqdim etmişdi“.

Xalq Cəmbəhi hakimiyyəti dövründə talış və kürdlərinin Əbülfəz Elçibəy iqtidarına etibar etməməsi barədə iddiaya gəlincə, Cəmil Həsənli deyib: “Bircə faktı deyim ki, Əbülfəz bəyin 1992-ci ilin payızında etnik azlıqlarla bağlı imzaladığı prezident fərmanı həmin dövrdə BMT və digər benyəlxalq qurumlar tərəfindən yeni yaranmış dövlətlərin hamısına nümunə kimi göstərilirdi.

Etnik qruplara mənsub olan ayrı–ayrı şəxslərin müxtəlif mülahizələrlə narazılıq etməsi hələ xalqın narazılıq etməsi demək deyil. Əgər belə şeylər narazılıq hesab edilirsə, məsələn, hələ Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi olarkən, 1972-ci ildə talış xalqına mənsub bir neçə şəxs Moskvaya teleqramlar vurub bəzi milli tələblər irəli sürmüşdülər. Bu o demək deyildi ki, onlar talış xalqının mövqeyini ifadə edirdi. Niyə bunu unudurlar?”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button