2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Cəmil Həsənliyə qarşı mənəvi terror

“İlham Əliyev belə əxlaqsız yollarla bizi siyasətdən çəkindirəcəyinə nahaq ümüd bəsləyir”

Milli Şura sədri, professor Cəmil Həsənli mənəvi terrora məruz qalıb. Sosial şəbəkədə onun qızına aid olduğu deyilən intim video yayıblar. Məsələyə Cəmil Həsənli feysbuk hesabında belə münasibət bildirib:

Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur. Əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Əlbəttə, indiyə qədər baş verən buna bənzər hadisələr kimi mənim qızımla bağlı yayılan video da şəxsən İlham Əliyevin əl işidir. Belə namussuz əməllərlə məşğul olmaq, ondan şantaj üsulu kimi istifadə etmək onun köhnə peşəsidir və natamam tərbiyəsinin nəticəsidir. Belə əxlaqsız əməllərə görə hələ vaxtı ilə DTK-da işləyəndə onun atası haqqında da cinayət işi qaldırılmışdı. Ot kökü üstündə bitər.

Və ən nəhayət, İlham Əliyev belə əxlaqsız yollarla bizi siyasətdən çəkindirəcəyinə nahaq ümüd bəsləyir. Mənim qızımın şəxsi həyatını necə qurması, necə yaşaması onun öz şəxsi işidir, bunun dövlətə heç bir aidiyyəti yoxdur. Ölkənin min bir dərdi olduğu halda ailə xidmətçisinə çevirdiyi dövlətin təhlükəsizlik xidmətini Şəxsi həyata müdaxilə kimi qanunsuz əməllərlə cəlb etməklə o, öz əxlaqsız mahiyyətini ortaya qoyur. Bundan artıq ondan ayrı bir şey gözləmək günah olardı.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button