2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəmil Quliyevi yenə İTV-yə sədr seçdilər

cemil-quliyevAprelin 25-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib. Yeni tərkibdə olan Yayım Şurası köhnə qərarı təkrarlayıb. İclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru “seçilib”. Bu postu yenidən Cəmil Quliyev tutub. O, 2013-cü il aprelin 23-də də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru “seçilmişdi”. O, AzTV-nin “Mədəniyyət” kanalından İTV-yə transfer olunmuşdu. Əsasnaməyə görə İTV sədrinin səlahiyyət müddəti 4 ildir.
25 apreldə keçirilən “demokratik seçkidə” Cəmil Quliyevin alternativləri də olub – Tahir Paşazadə, İltifat Soltanov, Tahir Məmmədov, Afaq Ağayeva, ancaq onlar ciddi seçki mübarizəsində məğlub olublar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button