2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Cənub zonasından 6 qalmaqallı deputat prezidentin “qara siyahı”sında – Təfərrüat

Ölkə rəhbərliyi cənub zonasından deputat seçilənlərə qəzəblidir. Bu barədə 24saat.org-a daxil olan məlumatda bildirilir ki, sözügedən regiondan millət vəkili təyin olunanların son çıxışları hiddət doğurub.

Prezident Administrasiyasına təqdim olunan dosyedə cənub bölgəsindən olan Hüseynbala Mirələmov (Lerik), Hadı Rəcəbli (Lənkəran) ön sırada qərarlaşıb.

Hadı Rəcəbli və Hüseynbala Mirələmov

Onların son zamanlar çıxışlarının cəmiyyətdə sərt təpki doğurması, ictimai qəzəblə qarşılanması adlarının qara siyahıya salıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu şəxslərin nələr dediyini geniş təkrarlamağa ehtiyac yoxdur. Medianın və sosial şəbəkələrin gündəmində hər iki deputata ünvanlanan sözlər, müzakirələr kifayət edir.

Mənbə 24saat.org-a qeyd edib ki, Nəriman Əliyev (Masallı), İqbal Məmmədov (Lerik), Rüfət Quliyev (Lənkəran), Elmira Axundova (Masallı) kimi deputatların isə mətbuat səhifələrindən düşməməsi, adlarının müxtəlif neqativ işlərdə, biznes qalmaqallarında hallanması PA-nın diqqətindən yayınmayıb.

N.Əliyevin gah hərbi xidmətdən yayınması, gah saxta diplomunun olması, gah iş adamları ilə çəkişməsi, gah da “Ştutqart” mağazası barədə yazılanlar ölkə rəhbərliyi tərəfindən izlənir.

Nəriman Əliyev

İqbal Məmmədovun isə “Relax” istirahət mərkəzində əməlləri, Lerik icra başçısı ilə şərikli işləri, əhalini incitməsi, torpaq sahələrini zəbt etməsi və s. qalmaqallı işlərə adının keçşməsi reputasiyasına mənfi xal qazandırıb.

İqbal Məmmədov

Rüfət Quliyevə gəlincə, adının sələmçilikdə hallanması, siqaret biznesi inhisarçılığında keçməsi, Tarif Şurasının qərarlarını əndrəbadi bəraət qazandırması PA-nın nəzərindədir.

Rüfət Quliyev

Elmira Axundova isə oğlunun və axtarışa olan şərikinin dələduzluq işləri ilə medianın gündəminə gəlib. Onun N.Əliyevlə də problemlərinin olması haqda iddialar səslənib.

Elmira Axundova

Beləliklə, 6 deputatın heç biri msbət reputasiyaya malik deyil. Üstəlik, onların əksəriyyəti “lal” deputatdır.

Parlamentin “ölüvay” deputatları cərgəsində yer alırlar. H.Rəcəbli və E.Axundova istisna digərlərinin parlamentdə çıxışını eşitmək mümkün deyil. Onların mikrofonu toz basıb.

Bütün bu məqamlar ölkə rəhbərliyinin diqqət mərkəzindədir. PA-da gedən müzakirələrdə ilkin qənaət ondna ibarətdir ki, növbəti seçkilərdə bu şəxslər Milli Məclisə buraxılmasın. Çünki onlar xalqın dərdinə şərik olmaq əvəzinə yarasına duz basır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button