2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Cənubda kino günləri” keçiriləcək

“Məqsəd Azərbaycan filmlərini tanıtmaqdır”

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Cənubda kino günləri” layihəsinə start verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bildirilir ki, layihə çərçivəsində son illərdə dövlət sifarişi əsasında və müstəqil şəkildə istehsal olunan bəzi filmlər yerli tamaşaçılara çatdırılacaq:

“Məqsəd Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarlarına son illərdə istehsal olunan, eləcə də bəzi beynəlxalq kino festivallarda uğurlar qazanan filmlərimizi və rejissorlarımızı tanıtmaqdır”.

2022-ci ilin iyun-iyul aylarında nəzərdə tutulan baxışlar ilk olaraq 25-26 iyun Biləsuvar Mərkəzi Parkında və Nərimankənd kənd Folklor Evində keçiriləcək.

İki gün ərzində tamaşaçılara “Qırmızı bağ” (rejissor Mirbala Səlimli), “Biləsuvar” (rejissor Elvin Adıgözəl, “Nar bağı” (rejissor İlqar Nəcəf), “Sizə məktub var” (rejissor Məzahir Haşımov), “Titrəmə” (rejissor Amil Amal), “Dan yeli” (rejissor Kamal Yaşar) və “Dəhlizdə” (rejissor Amil Amal) qısametrajlı və tammetrajlı filmlər göstəriləcək.

Ardınca baxışlar iyul ayında Lənkəran və Lerik rayonlarında davam etdiriləcək.

“Cənubda kino günləri” layihəsinin icraçı prodüseri İntiqam Hacılıdır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button