2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cənubi Koreya prokuroru keçmiş prezident üçün həbs qərarı istədi

Cənubi Koreya prokurorluğu adı korrupsiya qalmaqalına qarışan və məhkəmə tərəfindən vəzifəsindən çıxarılan keçmiş prezident Park Geun-hye haqqında həbs qərarı çıxarılmasını istəyib.
Prokurorlar həbsin qanunlara uyğun olduğu nəticəsinə gəldiklərini və qərarın çıxarılmasını tələb etdiklərini açıqlayıblar.
Belə bir qərar çıxarılacağı halda, keçmiş dövlət başçısı Parkın böyük şirkətlərdən rüşvət aldığına dair istintaq davam edərkən, o, 20 gün nəzarətdə saxlanacaq. Bu müddətdən sonra da prokurorlar Park əleyhinə iddia açmaq məcburiyyətindədirlər. Məhkəmənin həbs qərarı çıxarması halında, Park istintaq müddətində nəzarətdə saxlanan 3-cü keçmiş Cənubi Koreya lideri olacaq.

Məhkəmə tərəfindən vəzifədən çıxarılan ilk Cənubi Koreya lideri olan Park yaxın yoldaşı Choi Soon-sil ilə yaxın əlaqəsindən istifadə edərək, bəzi şirkətləri öz nəzarətində olan qeyri-hökumət təşkilatlarına milyonlarla dollar hədiyyə verməyə məcbur etməkdə ittiham olunur.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button