2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cənubi Koreya yeni prezidentini seçdi

Cənubi Koreyada keçirilən növbədənkənar prezident seçkilərinin qalibi təxminən bəlli olub.

“Exit-poll”un nəticələrinə görə, 42 milyondan artıq seçicinin səs verdiyi seçkidə demokrat Mun Çje İn qalib gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Mübarizə aparan 13 namizəd arasında Mun Çje İn səslərin 41,1 faizini, Xon Çjun Pxe (Azad Koreya Partiyası) 23,3 faizini, An Çxol Su (Xalq Partiyası) isə 21,8 faizini toplayıb.

Səslər tam hesablandıqdan sonra Mərkəzi Seçki Komissiyası qalibi rəsmən elan edəcək.

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri ötən ilin dekabrında əvvəlki ölkə başçısı Pak Kın Xenin impiçmentindən sonra təyin edilib.

İmpiçmentin gündəmə gəlməsinə isə prezidentin öz yaxın rəfiqəsi Çxve Sun Silə dövlət işlərinə müdaxilə etməyə imkan yaratması səbəb olub.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button