2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Cənubi Osetiyada gürcüstanlıya 12 il həbs kəsilib


 

Gürcüstanın separatçı Cənubi Osetiya regionunun de fakto Ali Məhkəməsi gürcüstanlını 12 il yarım həbs cəzasına məhkum edib. O, hüquq-mühafizə əməkdaşını öldürmək cəhdində və sərhədi qanunsuz keçməkdə təqsirli bilinib.

Zaza Qaxeladzeyə hökm fevralın 5-də çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya hərbçiləri Qaxeladzeni 2020-ci il iyulun 11-də Cənubi Osetiyanın administrativ sərhədində tutublar. O saxlanarkən ayağından güllə yarası alıb.

Separatçı regiondakı Rusiya hakimiyyəti və separatçılar Qaxeladzenin saxlanmamaq üçün qaçmağa çalışdığını, Rusiya əsgərlərində 10 dəfə atəş açdığını deyirlər.

Gürcüstan və Avropa Birliyi rəsmiləri Qaxeladzeyə azadlıq tələb ediblər.

2008-ci ilin qısa müharibəsi zamanı Rusiya hərbçiləri Gürcüstanı məğlub edib. Bundan sonra Moskva Cənubi Osetiyanın və digər separatçı bölgə olan Abxaziyanın müstəqilliyini tanıyıb, bu ərazilərə hərbçilərini yerləşdirib.

Rusiya və Cənubi Osetiyadakı separatçı hökumət 2015-ci ildə təhlükəsizlik qüvvələrinin inteqrasiyası üzrə razılaşma imzalayıblar.

Moskvanın bu regionları dəstəkləməsini beynəlxalq ictimaiyyət pisləyib.

Gürcüstan ərazisinin 20 faizini təşkil edən iki separatçı regionun müstəqilliyini az sayda ölkə tanıyıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button