2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSosial

“Cəriməni artırmaq mübarizə forması sayıla bilməz”

Əyyub Kərimov: “Cərimələri artırmaqla nəyəsə nail olmaq mümkün deyil”

Avtomobil zolaqlarının arasında olan dəmir-beton arakəsmələrin üzərindən keçən piyadaların 100 manat məbləğində cərimələnməsi ilə bağlı qanun layihəsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Maraqlıdır, əhalinin sosial-iqtisadi durumunun kifayət qədər ağır olduğu hazırkı durumda bunca yüksək cərimələrin tətbiqi nə dərəcədə doğrudur?
24saat.org-a açıqlama verən hüquqşünas Əyyub Kərimov qanunu sərtləşdirməklə nəyəsə nail olmağın mümkünsüz olduğunu vurğuladı:
“Cəriməni artırmaq mübarizə forması sayıla bilməz. Azərbaycanda vaxtiylə ölüm hökmü mövcud idi. Məgər o zaman qətillər yox idi? Var idi. Sərtlik mübarizə üsulu deyil.
Bu və bənzər problemləri həll etmək üçün profilaktiki üsuldan, digər vasitələrdən istifadə etmək mümkündür. Biz cəriməni artırmaqla heç nəyə nail ola bilməyəcəyik. Məsələn, əgər bir şəxsin əmək haqqısı 100 manatdırsa, ona tətbiq edilən 200, 300, 500 manatlıq cəriməni necə ödəyəcək? Sadə vətəndaşları nəinki 100 manat, hətta 10-20 manat belə cərimə etmək indiki sosial-iqtisadi şəraitdə həmin insnaların büdcəsinə çox ciddi zərbədir. Unutmaq olmaz ki, beton arakəsmələrdən keçən adamlar oliqarxlar deyil. Oliqarxlar “cip”lərlə, vertalyotlarla onların üstündən keçə bilərlər, lakin ayaqla keçməzlər. Deməli, bu arakəsmələrin üstündən keçən xalqın azəminatlı hissəsinin təmsilçiləridir. Onlardakı bu vərdişi aradan qaldırmaq laızmdır. Bunu isə ağır cərimə siyasəti ilə etmək olmaz. Bunun üçün insanları maariləndirmək, onları başa salmaq, davranış, hərəkət mədəniyyətini yüksəltmək lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button