2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Cabir İmanova DTX-da vəzifə verildi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə yeni direktor təyin edilib.

24saat.org unikal.org-a istinadən xəbər verir ki, mərkəzin baş direktor vəzifəsinə əməkdar artist Cabir İmanov təyin olunub.

Mədəniyyət Mərkəzindən xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas.

1992-2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci il KVN “Əsrin Çempionu” olub.

Saytların yığılması Saytlarin yigilmasi

2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Ailəlidir, üç övladı var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button