2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cahangir Əsgərov Dövlət Mülki Aviasiya Administrasiyasının Kollegiyasından çıxarılıb

“Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Dövlət Mülki Aviasiya Administrasiyasının Kollegiyasının tərkibindən çıxarılıb.

Bu, Nazirlər Kabinetinin “Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2008-ci il 16 iyul tarixli 159 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2 sentyabr tarixli qərarında əksini tapıb.

Qərara əsasən Dövlət Mülki Aviasiya Administrasiyasının yeni tərkibi təsdiqlənib. Qərara əsasən Kollegiyanın sədri Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, Kollegiyanın üzvləri Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyasının direktorunun müavini Hacıağa Hacıyev, Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın icraçı direktoru Eldar Bağırzadə, Dövlət Mülki Aviasiya Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Samir Bağırov, Dövlət Mülki Aviasiya Administrasiyasının lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsinin müdiri Fariz Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyasının aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyasının uçuşların təhlükəsizliyinə nəzarət şöbəsinin müdiri Muxtar Kərimov, Dövlət Mülki Aviasiya Administrasiyasının mütəxəssisi-hüquq məsləhətçisi Ələsgər Abdullayev təyin ediliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Kollegiyanın yeni üzvləri sırasında Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın icraçı direktoru Eldar Bağırzadə yer alıb.

Qərar imzalandığı gündən qüvvəyə minib. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button