2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Cahangir Əsgərov federasiyanı çalxaladı

Heydərov isə dünya çempionu Paşayevi əvəzləyib.
Dopinq qalmaqallarından sonra Azərbaycan ağır atletika federasiyasının prezidenti Cahangir Əsgərov rəhbərlikdə ciddi dəyişikliklər edib.

ANS PRESS-in məlumatına görə, Əsgərov bununla bağlı müşavirə keçirib və rəhbər vəzifələrində dəyişikliklər edib.

Ruslan Xanverdiyev vitse-prezident, Rizvan Rəsulov baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub. Xanverdiyev Elxan Əliyevi, Rəsulov Yavər Hacıyevi, Heydərov isə dünya çempionu Nizami Paşayevi əvəzləyib. Cahangir Əsgərov idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadənin təkrarlanmaması üçün ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.

Saytların yığılması Saytlarin yigilmasi

Ən yaxın zamanlarda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan ağır atletika üzrə yığmasının heyətinin formalaşdırılacağı qeyd olunub. Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə, AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) apellyasiya şikayəti göndərib. Federasiya ümid edir ki, qısa müddətdə şikayət müsbət həllini tapacaq və Kostova “Rio-2016″da iştirak edəcək.

IWF Azərbaycanın altı atletini 2015-ci il dünya çempionatı zamanı dopinq-testdən keçə bilmədiyi üçün uzun müddətə diskvalfikasiya edib. Onlardan beşi 8 il, biri 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Eyni zamanda 2008-ci il Pekin və 2012-ci il London olimpiadasında çıxış etmiş ağırlıqqaldıranların dopinq-testlərinin təkrar analizləri nəticəsində müvafiq olaraq, İntiqam Zairov və Boyanka Kostovadan istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button