2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Cahangir Hacıyevə işgəncə verilir – Yerini dəyişdirdilər

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri, bir ilə yaxındır ki, Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Cahangir Hacıyevin yerini yenə dəyişiblər

24saat.org  azadlıq.info-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən vəkili Aqil Layıcov deyir ki, Cahangir Hacıyev baş verənləri apellyasiya məhkəməsi öncəsi növbəti təzyiq kimi qiymətləndirir.
Məlumata görə, Cahangir Hacıyev bundan əvvəl iki nəfərin saxlanıldığı kamerada qalırdı. Noyabrın 8-də onu səkkiz nəfərlik kameraya köçürüblər.
“Bu kamerada siqaret çəkilir, hava çatışmazlığı var. Cahangir Hacıyevin səhhətində problemlər var. Eyni zamanda, haşimota sindromu onun sakit və daha havalı yerdə qalmasını tələb edir. Bunu bilə-bilə istintaq təcridxanasında ənənəvi təzyiq metodundan istifadə edərək, onu yenə başqa otağa köçürüblər”, – deyə vəkil bildirib.
Müdafiəçi deyir ki, Cahangir Hacıyev işi üzrə birinci instansiya məhkəməsində (Bakı Ağır Cinayətlər Məhkəməsi) proses başlamazdan az əvvəl onun yeri dəyişdirilmişdi: “İndi də işinə apellyasiya instansiya məhkəməsində baxılan ərəfədə belə bir addımı özünə qarşı mənəvi təzyiq və işgəncə kimi qəbul edir”.
Aqil Layıcov məsələ ilə əlaqədar Ədliyyə naziri Fikrət Məmmədova, eləcə də Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib.
Xatırladaq ki, Cahangir Hacıyev ötən il dekabrın 5-də həbs olunub. Beynəlxalq Bankın sabiq rəhbəri bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button