2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cahangir Hacıyev 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

Keçmiş bankir bacısı ilə görüşdə olarkən onu qəfildən aparıblar

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bu haqda “Azadliq.info”ya daxil olan məlumatda bildirilir ki, Cahangir Hacıyev Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında bacısı Əminə Hacıyeva ilə görüşdə olarkən qəfildən gəlib onu aparıblar. Təcridxana əməkdaşları görüşün başa çatmasını gözləmədən sabiq bankiri cəzaçəkmə müəssisəsinə aparıblar.
Qeyd edək ki, 13 saylı cəzaçəkmə müəssisəsi Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşir. Bu müəssisədə qışda iştilik, yayda da su çox ciddi problemdir. Elə bugünlərdə də mətbuatda sözügedən cəzaçəkmə müəssisəsində bir həftə su olmadığı haqda xəbərlər yayılmışdı.
Siyasi motivlərlə cəzalandırılan siyasi məhbusların bir çoxu bu müəssisəyə göndərilib. Tanınmışlardan Müsavat başqanının müavini Tofiq Yaqublu, keçmiş səhiyyə naziri Əli İnsanov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, jurnalist Pərviz Həşimli, blogger Əbdül Əbilov və digərləri həmin müəssisədə saxlanılıb. “Nida”Vətəndaş Hərəkatının üzvü, vicdan məhbusu İlkin Rüstəmzadə, Heydər Əliyevin heykəlini yazdığına görə 10 il həbs cəzası alan başqa bir vicdan məhbusu Bayram Məmmədov hazırda da 13 saylı cəzaçəkmə müəssisəsindədir.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button