Loading...
Loading...
24 saat

Cahangir Hacıyev Ali Məhkəməyə şikayətini geri götürdü

Bu gün Ali Məhkəmədə Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci il dekabrın 5-dən həbsdə olan Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunmuş dostu, “Bakı Fındıq Emalı” zavodunun rəhbəri olmuş Azad Cavadovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, C.Hacıyevin vəkilləri Aqil Layıcovla, Fəxrəddin Mehtiyev kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib. Onlar qeyd ediblər ki, əlavə sənədlər əsasında kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ortaya çıxıb.
C.Hacıyev də məhkəməyə ərizə göndərərrək vəkilləri ilə razı olduğuni qeyd edib.
Azad Cavadovun vəkili və özü də məhkəməyə eyni məzmunlu ərizə təqdim edib.

Məhkəmənin qərarı ilə kassasiya şikayəti geri qaytarılıb. Hakimlər bildirib ki, şikayətini geri götürmək şəxsin hüququdur.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb. Azad Cavadova əlavə olaraq, 228 (qanunsuz silah saxlama) maddəsilə də ittiham verilib. İttihama görə, axtarış zamanı onun evindən tapança və xəncər tapılıb. Azad Cavadova 10 il 11 ay cəza verilib. O, C.Hacıyevlə dostluq münasibətlərindən istifadə edib Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda günahlandırılır.

 

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button