2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cahangir Hacıyev Ali məhkəməyə müraciət etdi

Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.
Publika.az xəbər verir ki, kasasiya şikayəti Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib.
Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.
Digər təqsirləndirilən şəxslər – 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.
Təqsirləndirilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirdilər.
Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
Bundan başqa, məhkəmə təqsirləndirilən Məhəmməd Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat məbləğində mülki iddianı Cahangir Hacıyevdən tutulması ilə bağlı qərar çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button