2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cahangir Hacıyev bəzi mətbu orqanlarda ''siyasi məhbus'' kimi göstərilməsinə etiraz edib

”Məhkəmə ədalət mühakiməsinin minimal standartlarından da çox uzaqdır”

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin həbsdə olan sədri Cahangir Hacıyev bəyanatla çıxış edib.

O, vəkilləri vasitəsilə yaydığı bəyanatda bəzi mətbu orqanlarda “siyasi məhbus” kimi göstərilməsinə etiraz edib.

Bildirib ki, o və vəkilləri bu formada təqdimat üçün heç bir quruma və şəxsə müraciət etməyiblər: 

“Bunlar sifarişli yazılıb. Sifarişçilər də “Beynəlxalq Bank”la bağlı həqiqətlərin gizli qalmasında maraqlı olan adamlardır. Mənimlə bağlı məhkəmə prosesi ədalət mühakiməsinin minimal standartlarından da çox uzaqdır. Məhkəmə də müəyyən məsələlərin üzə çıxmasının qarşısını almağa çalışır. Bakı Apelyasiya Məhkəməsində vəkillərimə çıxış etməyə belə, imkan verilmir. Vəkillərim məhkəməyə 12 vəsatət təqdim edib. Məhkəmə bir qərarla bu vəsatətlərin heç birinin təmin olunmadığını elan edir. Halbuki, o vəsatətlərin təmin olunması bir xeyli həqiqətləri ortaya çıxarardı. Üstəlik, qanunda açıq şəkildə yazılıb ki, verilən vəsatətlər bir-bir elan olunmalı, müzakirəyə çıxarılmalıdır. Bizim məhkəmədə isə qanunun bu tələblərinin heç birinə əməl olunmadı”.

C.Hacıyev bildirib ki, “Beynəlxalq Bank”la bağlı həqiqətlərin açılmasına əngəl yaratmaq, dövlət başçısının göstərişinə qarşı çıxmaqdır. “Çünki prezident bu məsələlərin ciddi araşdırılmasına göstəriş verib”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button