Cahangir Hacıyev: “Məni qırmızı xətti keçməyə məcbur etməyin”

“O vaxt məndən 20 milyon avro istəyirdilər”

Heç olmasa, imkan verin, məhkəmədə danışım. Məni maraqlandıran odur ki, görəsən ittihamçılar bu işlə tanış olanda televizora baxıblar? Məni 4,7 milyardlıq mənimsəmədə ittiham edirlər. Bu rəqəm Azərbaycan büdcəsinə Neft Fondundan transfertləri çıxsaq, büdcənin yarısı deməkdi. Mərkəzi Bankın valyuta ehtiyatlarına bərabər rəqəmdir. Şüarlarla danışmaqla deyil, fakt olmalıdır”. Bu sözləri məhkəmədə “Azərbaycan Beynəlxalq Bankı” ASC”nin İdarə Heyətinin sabiq sədri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev deyib. 
O, fevralın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

15 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılan üç il əvvəlki məhkəməsini də, indiki məhkəmədə prokurorun elan etdiyi ittihamları da “şou” adlandıran C.Hacıyev bildirib ki, ona yaxınlarıyla telefon danışığına belə imkan verilmir, hətta vəkillərilə də görüş hüququ məhdudlaşdırılır.

C.Hacıyev hesab edir ki, onu ittiham edən prokurorlar da, hökm çıxaracaq hakimlər də bu cinayət işini oxumayıblar: “Dövlət ittihamçısı cinayət işinin 365 cild olduğunu deyir. Amma iş 361 cilddir”.

C.Hacıyev haqqında cinayət işinin istintaqını Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aparıb. Təqsirləndirilən sabiq bank rəhbəri isə bildirir ki, onlarla hələ 14 il əvvəldən aralarında ədavət olub: “Bandotdel”in 2005-ci ildən mənimlə ədavəti var. O vaxt məndən 20 milyon avro istəyirdilər. İndi də eyni adamlardır”.

C.Hacıyev bildirib ki, onu 4.7 milyardlıq mənimsəmədə ittiham edirlər, lakin bu vəsaitlərin ona çatdığını təsdiqləyən heç bir sənəd, ifadə yoxdur.

Cahangir Hacıyev Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin onu mənimsəmədə ittiham edən birgə açıqlaması haqda da danışıb. Bildirib ki, o, dövlət məmuru olmayıb, Beynəlxalq Bank da büdcə təşkilatı deyildi. Sadəcə, bankda dövlətin payı 50.2 faiz olub:

“Mən prezidentin sərəncamı ilə təyin olunmamışam. Dövlətdən yalnız nizamnamə kapitalı alınıb, onun da müqabilində dividendlər verilib. Mən dövlət məmuru olmamışam.
Prezident sərəncamlarından da görünür ki, bankları Mərkəzi Bank yoxlaya bilər, Daxili İşlər Nazirliyi yox. Bu cinayət işi mənim keçmiş müavinim Emil Mustafayevin bir məktubu əsasında başlanıb. Ona bu məktub göstərişini kim vermişdi? Əgər verilmiş kredit qaytarılmırsa, bunun üçün qanunda müəyyən tədbirlər nəzərdə tutulub. Qanuna görə, kreditlərin qaytarılmasında problem varsa, məhkəməyə verilə bilər, əmlaka yönəldilər. Tədbirlər nəticə vermədikdə isə bu hal üçün də ümidsiz kreditlərin silinməsi anlayışı var. Bəs bu işə niyə hüquq-mühafizə orqanları qoşulub? Məsələ aydındır”.

Cahangir Hacıyev bildirib ki, bir neçə il öncə Vergilər Nazirliyi Beynəlxalq Bankda ciddi yoxlamalar aparıb. Yoxlamalar bir neçə illik dövrü əhatə edib. Araşdırma çərçivəsində bir neçə cinayət işi başlanıb, lakin sonradan prokurorluq özü həmin cinayət işlərinə xitam verib:

“İş materiallarında vergilər nazirinin müavini Natiq Əmirovun daxili işlər nazirinin müavini Vilayət Eyvazova məktubu var. Göstərilib ki, Beynəlxalq Bankla bağlı 37 cinayət işinə 18 qərarla xitam verilib. Çünki cinayət tərkibi olmayıb. İndi o dövrlə bağlı ittiham veriblər. Cinayət vardısa, niyə xitam verirdiz? İttihamda hər yerdə yazılıb ki, “Cahangir Hacıyevin göstərişilə”. Kimə göstəriş vermişəm, nə demişəm? Demişəm ki, o pulları mənə gətirin, ya hesabıma köçürün?

İttihamda yazıblar ki, guya layihələrin dayanıqlılığı müəyyən edilmədən kreditlər verilib. Siz o kreditlərin, layihələrin tarixinə baxın. Onlar ölkədə 600 min iş yeri yaradılmasına dair dövlət proqramı çərçivəsində verilib”.

Təqsirləndirilən sabiq bankir deyib ki, onun və bir neçə başqa təqsirləndirilən şəxsin, o cümlədən Dünyamin Xəlilovun istintaqa təqdim etdiyi, onların təqsirsizliyini sübut edən sənədlər qəbul olunmayıb. Təqsirləndirilən digər 21 nəfərdən əksəriyyətini tanımadığını deyən C.Hacıyev bildirib ki, buna baxmayaraq, onlara mütəşəkkil dəstə ittihamı verilib.

O, kredit verilən şirkətlərin sonrakı taleyindən də danışıb: “Deyəsən, bunlara elə gəlir ki, bankda məndən başqa adam olmayıb, hər işi mən görməliydim. Bəs onda işçilər nə üçündür? Prokurorluqda bütün işləri Baş prokuror görür? Bizim dövrümüzdə kredit verilən bir çox şirkət var ki, indi götürüb adlarını dəyişiblər. Adı dəyişməklə deyil axı… Belə şey ola bilməz ki, aktivləri götürəsən, passivləri yox. Aktivlərlə passivlər birlikdə olmalıdır. Aktivləri götürürlər, deyirlər, borcu siz ödəyin”.

Cahangir Hacıyev bildirib ki, o, 2015-ci ilin martında öz ərizəsilə işdən çıxıb.

Ondan sonrakı dövrdə bank zərərlə işləyib: “2014-cü ili 40 milyon xalis mənfəətlə başa vurmuşduq. Məndən sonra 2015-ci ildə 823 milyon zərər olub. 2016-cı ildə zərər 1.6 milyarda çatıb. Bunu özümdən demirəm, bankın saytında hesabat dövrünə aid rəqəmlər var. Banka mən ziyan vurmamışam, məndən sonra ziyan vurulub, kapital azalıb. Mənim vaxtımda Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına, bir də “Akkord”a verilən kreditləri çıxsaq, cəmi 2 milyard qalırdı. Tutaq ki, Cahangir Hacıyev pis menecer olub, dağıdıb, axı bu halda da 2 milyarddan artıq dağıtmaq olmazdı. Bankdan 2 milyard gedibsə, bizdən sonra dövlətdən niyə 12 milyard aldılar? Hanı bu vəsait? 1.5 milyard Neft Şirkətinə kredit verilib, sonra silinib. Bəs qalan 8 milyard hardadır? Əsl cinayət budur. Bu milyardların yoxa çıxması bizdən sonra olub. Bizi ittiham etməklə deyil.

İstintaq orqanı mənim işimlə əlaqədar dünyanın ən böyük hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb. 1 milyon pul ödəyiblər ki, mənim əmlaklarımı axtarıb tapsınlar. Heç nə də tapmadılar”.

Prokuror bildirib ki, hüquq şirkətilə müqavilə bağlanması barədə səslənən fikir absurddur. Belə hal yoxdur”.

C.Hacıyev öz fikrində qalıb. İfadəsini isə belə yekunlaşdırıb: “Səməd Vurğunun bir fikri var: Cahanda hər hökmü bir zaman verir, 
Dünən fərman verən bu gün can verir.
Unutmayın, vaxt gələcək bu kürsüdə əsl cinayətkarlar oturacaq”.

Daha sonra C.Haclyev prokurorun və vəkillərin suallarını cavablandırıb. Prokuror ondan Dünyamin Xəlilovla münasibətləri barədə soruşub. O bildirib ki, D.Xəlilovu gənclik illərindən tanıyır. Amma biznes əlaqələri olmayıb:

“Onun şirkət rəhbəri olduğunu bilirdim. Azərbaycan ərazisində müəyyən layihələr vardı, idarəçilik üçün ümumi holdinq yaradılmışdı. Bir çox layihəyə Dünyamin Xəlilov rəhbərlik və nəzarət edirdi. Mən tapşırmışdım. Amma o, tək deyildi. Beynəlxalq Bankın məsul işçiləri də nəzarət edirdi ki, kreditlər təyinatı üzrə xərclənsin”.

İttihamda yazılıb ki, D.Xəlilovla C.Hacıyevin dostluq münasibətləri olduğundan sabiq bank rəhbərinin göstərişilə onun şirkətlərinə kreditlər ayrılıb. Prokuror dəfələrlə bu haqda soruşub. C.Hacıyevin cavabı belə olub:

“Mən bilirəm siz sözü hara çəkirsiz. Amma biləsiniz, qırmızı xətlər var ki, onları keçmək istəmirəm. Nə demək istədiyimi başa düşürsüz. Məni o xətləri keçməyə məcbur etməyin. Mən bir-bir sadalayım ki, başqa göstərişləri də kimlər verib?”

C.Hacıyıyev digər təqsirləndirilən İsmayıl Hidayətzadənin bacanağı olduğunu, bankdan ona kredit ayrıldığını təsdiqləyib: “Bəli, İsmayıl mənim bacanağımdır, lakin vaxtım olmurdu ki, onunla tez-tez görüşəm. O, layihə ilə bağlı Beynəlxalq Banka müraciət edib, sonra ona kredit ayrılıb. Layihə də hazırlanıb və təhvil də verilib”.

Hakimin suallarına cavab verən C.Hacıyev bildirib ki, xarici şirkətlərə layihə üçün köçürülən pulların hamısı Azərbaycana qayıdıb:

“Bu layihələr Azərbaycana ancaq xeyir verib”.

Təqsirləndirilən şəxslərdən Zaqatala Olimpiya Kompeksini Arif Ramazov da məhkəmədə ifadə verib. O bildirib ki,

2008-ci ildə Kompleksin açılışı olub və o vaxtdan direktor vəzifəsinə təyin edilib:

“Bütün tapşırıqları Dünyamim Xəlilovdan almışam. Aylıq əməkhaqqım 300-600 manat arası olub. İşlədiyim dövrdə bütün sənədlərlərlə tanış olmuşam. Lakin sənədləşmə işlərinə, köçürmələrə Dünyamin Xəlilov baxırdı. Onun verdiyi tapşırıqları icra etmişəm”.

A.Ramazanov deyir ki, “Simurq” futbol klubunun ev oyunları keçirdiyi stadionun tikintisini də onlar həyata keçirib:

“Həmin tikinti başa çatmadı. Bu səbəbdən Beynəlxalq Bankdan 1 milyon 350 min manat kredit ayrıldı. Krediti gedib götürdük. Lakin pulun xərclənməsinə də Dünyamin Xəlilov rəhbərlik edib”.

A.Ramazanov əlavə edib ki, Zaqatala Olimpiya Kompeksinə direktor vəzifəsinə namizədliyini C. Hacıyev vermişdi.

Məhkəmə fevralın 11-də davam edəcək.

Meydan TV

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Paylaş:

“Cəzaçəkmə müəssisəsində Qiyas İbrahimova qarşı təzyiq var”

Sonrakı Yazı »

Prezident Zahid Oruca yüksək vəzifə verdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    3 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox