2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cahangir Hacıyev: Səhhətim məhkəmədə iştirakıma imkan vermir

“İstintaq təcridxanasının rəis müavini məni çağırdı və məhkəməyə getməyimi istədi”

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 11-də Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham olunan digər şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə iclası davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda Cahangir Hacıyev səhhətində problemlər yarandığını bildirib. O, səhhətinin məhkəmədə iştirak etməyə, danışmağa imkan vermədiyini söyləyib.

İclasda təqsirləndirilən şəxslərdən Məmməd Cahangirovun və İbrahim Hüseynovun vəkiləri çıxış edərək, müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Cahangir Hacıyevin vəkilləri isə məhkəmənin təxirə salınmasını xahiş ediblər. C. Hacıyev isə deyib ki, bu gün səhhətinə görə məhkəməyə gələ bilmirdi. Amma istintaq təcridxanasının rəis müavini onu çağırıb və məhkəməyə getməsini istəyib. Bundan sonra o, məhkəməyə gətirilib.

Hakim Cahangir Hacıyevin istəyini nəzərə alıb və məhkəmə mayın 18-nə qədər təxirə salınıb.

C. Hacıyev “Beynəlxalq Bank”ın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button