2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Cahangir Hacıyev Samir Şərifova Corc Sorosla hücuma keçməyə hazırlaşır

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, “kredit qalmaqalı”na görə həbs edilən Cahangir Hacıyev növbəti məhkəmə proseslərində maliyyə naziri Samir Şərifovla barədə sensasion faktlar açıqlaya bilər. Cahangir Hacıyev ilk məhkəmə prosesində bəyan edib ki, Samir Şərifov da onunla yanaşı oturmalıdır.

24saat.org-a daxil olan məlumata görə, Cahangir Hacıyev məhkəmə prosesinin sonuna qədər çıxışlarını Samir Şərifovu ittiham üzərində quracaq. Məlumatda bildirilir ki, Cahangir Hacıyevin Samir Şərifovu hədəf seçməsi təsadüfi deyil. İddialara görə, Cahangir Hacıyev “kredit qalmaqalı”nda Samir Şərifovu suçlu bilir. “Baş nazir postu uğrunda mübarizədə Samir Şərifovla Cahangir Hacıyev də qoşulmuşdu. Cahangir Hacıyev düşünür ki, Samir Şərifov onu sıradan çıxarmaq üçün fəaliyyəti barədə ölkə rəhbərliyinə yalan məlumatlar verib. Samir Şərifovun prezident İlham Əliyevə yaxın şəxs olması ikinincinin ona verilən məlumatlara ciddi yanaşmasını şərtləndirib”,-deyə məlumatı verən qaynaq bildirib.

İddialara görə, bir müddət əvvəl Samir Şərifovun üç tərəfli agent olması barədə materilların mətbuata ötürülmsəsində də Cahangir Hacıyevin rolu olub. Bu işdə ona qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov yardım edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, növbəti məhkəmə proseslərində məxməri inqilabların sponsoru kimi tanınan Corc Sorosla Samir Şərifovun əlaqələri barədə iddialar səsləndirilə bilər. Yaxud da bu məlumatlar yerli media vasitəsilə ictimailəşdirilə bilər. İddialar bundan ibarətdir ki, guya Samir Şərifov Qərb dairələrinin sifarişilə İlham Əliyevə yaxın şəxsləri sıradan çıxarmaqla məxməri inqilaba hazırlaşır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button