2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Cahangir Hacıyev Samir Şərifovu “vurmağa” çalışır

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri, “kredit qalmaqalı”na görə həbs olunan Cahangir Hacıyev bir neçə aylıq sükutdan sonra yenidən fəallaşıb. Bu günlərdə bankirin bacısı ölkə başçısı İlham Əliyevə müraciət edib. Həmin müraciət mediada da tirajlanıb. Cahangir Hacıyevin bacısı müraciətində qardaşının hansısa qrupların maraqları üzündən həbs olunduğunu bildirib. Bankirin bacısı ad çəkmədən maliyyə naziri Samir Şərifovu ittiham edib.

24saat.org-a daxil olan məlumata görə, Cahangir Hacıyevin indi fəallaşması və yalnız Samir Şərifovu hədəf seçməsi təsadüfi deyil. Doğrudur, bankirlə nazir arasında ziddiyyətlər həmişə olub. Cahangir Hacıyevin həbsində bu ziddiyyətlər də mühüm rol oynayıb. Yəni, Samir Şərifov hər fürsətdə onu “vurmağa” çalışan Cahangir Hacıyevin “kredit qalmaqalı” ilə büdrəməsindən yararlanaraq ona sarsıdıcı zərbə endirməklə rəqibini sıradan çıxara bilib. Elə bu səbəbdəndir ki, Cahangir Hacıyev həbsinin ilk aylarında vəkilləri vasitəsilə mediaya verdiyi açıqlamalarda üstüörtülü olsa da, Samir Şərifovu ittiham edib. Lakin bir müddətlik sükutdan sonra Cahangir Hacıyev savaşı açıq müstəvidə aparmaq qərarına gəlib. Məlumatlı mənbə bunu hazırda Samir Şərifovun hakimiyyət daxilində bir neçə qruplaşmanın hədəfində olması ilə əlaqələndirir. Samir Şərifovun hazırda digər maliyyə bossu, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla münasibətləri kəskindir.

Bundan başqa Samir Şərifovun oliqarx məmurların ən gəlirli mənbələri olan lombardları nəzarətə götürmək istəyir. Oliqarx məmurlar isə buna qarşı ciddi dirəniş göstərir. Həbsdə olmasına baxmayaraq iqtidarın mətbəxində baş verənlərdən xəbərdar olan Cahangir Hacıyev də hazırki vəziyyəti fürsət hesab edir. Bankir hesab edir ki, müxtəlif cəbhələrdən hücuma məruz qalan Samir Şərifovun karyerasına son qoymaq üçün o da kartları açmalıdır. Bankir maliyyə nazirinə qarşı savaşda oliqarxiyadan dəstək ala biləcəyini düşünür.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, növbəti müraciətlər daha sərt və faktlarla zəngin ola bilər. Şübhəsiz Samir Şərifov “vurulacağı” təqdirdə belə Cahangir Hacıyevin əfv olunacağı az inandırıcıdır. Axı həm də “MTN işi” var. Bu məsələdə isə əsas ittiham olunan fiqur Cahangir Hacıyevin qudası Eldar Mahmudovdur. Cahangir Hacıyev azadlıqa buraxılacağı təqdirdə Eldar Mahmudovla bağlı planları poza bilər. Bu baxımdan hakimiyyət hər vəchlə onun azaddlığa buraxılmasına mane olmağa çalışacaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button