2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Cahangir Hacıyev TÜRKİYƏDƏN OĞURLANAN 7 milyardın qurbanı olub? – İDDİA

Azərbaycan Beynəlxalq Bankını (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həbsinin səbəbləri barədə 24saat.org-a sensasion məlumat daxil olub.

Yada salaq ki, Cahangir Hacıyev ABB ilə bağlı yaranmış ”kredit qalmaqalı”na görə həbs olunub. O, 2015-cü ilin martın 18-də ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən istefa verib. Cahangir Hacıyev istefasını səhhətindəki problemlərlə əlaqələndirib. Lakin hələ o vaxt media Cahangir Hacıyevin istefasının səbəbinə şübhə ilə yanaşırdı.

Qısa müddətdən sonra onun “Texnika Bank”ın rəhbəri olması, ardınca da ABB ilə bağlı baş verən “kredit qalmaqalı” bu şübhələrin əsassız olmadığını ortaya qoydu. O zaman belə məlumatlar yayıldı ki, kredit adı altında ABB-dən 6 milyard manata yaxın vəsaiti mənimsəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu olayla bağlı Cahangir Hacıyevə yaxın iş adamları hüquq-mühafizə orqanlarına çağırıldı, onlardan bəziləri barəsində cinayət işi başlandı və həbs-qətimkan tədbiri seçildi. Daha sonra Cahangir Hacıyev həbs olundu. Bankir məhkəmə prosesində ittihamları rədd edərək həbsini hakimiyyətdaxili ziddiyyətlərlə izah etməyə başladı. Onun maliyyə naziri Samir Şərifovu hədəf alması da bununla izah edilir. Cahangir Hacıyevin iddialarından belə anlaşılırdı ki, “kredit qalmaqalı” Samir Şərifovun planıdır. Məqsəd isə onu sıradan çıxarmaqla ABB-ni ələ keçirmək olub.

Cahangir Hacıyevdən sonra ABB-nin rəhbərliyinə Samir Şərifovun yaxın dostu olduğu deyilən Elmar Məmmədovun (Az sonra Elmar Məmmədov da “qara bazar”a dollar ötürülməsində suçlu bilinərək vəzifəsindən çıxarıldı) gətirilməsi bankirin dediklərinin əsassız olmadığı qənaətini yaradırdı.

Lakin 24saat.org-a daxil olan məlumatlar bu iddia və mülahizələri alt-üst edir. Beləliklə, məlumatda bildirilir ki, Cahangir Hacıyevin “vurulması” nə “kredit qalmaqalı”na, nə də hakimiyyətdaxili ziddiyyətlər görədir. Məsələnin kökündə bankirin əcnəbi xaker qrupları ilə iri maliyyə əməliyyatları dayanır.

İddia olunur ki, Cahangir Hacıyev bank əməliyyatının növlərindən olan Server to Server (S2S) vasitəsilə Türkiyədən 7 milyard manat dollar pul çıxarıb. Məlumatda deyilir ki, bu əməliyyatda Türkiyə rəhbrəliyi – şəxsən Ərdoğan xəbər tutaraq vəsaitin geri qaytarılmasına nail olub.

Bununla yanaşı məsələ barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev də məlumatlandırılıb. Dərhal Cahangir Hacıyevin fəaliyyətilə bağlı araşdırmalara başlanıb və bəlli olub ki, bankir bir neçə dəfə belə əməliyyatlar həyata keçirib. Cahangir Hacıyev həmin pulların bir hissəsini yeni iş yerləri adı altında yuyub. Bütün bunlardan sonra bankirin vəzifədən uzaqlaşdırılması və həbs olunması qərara alınıb.

Cahangir Hacıyevlə birlikdə “S2S” əməliyyatında adı hallan hazırda Azərbaycandan kənarda yaşayan şəxslərin kimliyinin aşkarlanması üçün araşdırmalarımızı davam etdiririk.

Məlumatın davamında Cahangir Hacıyevin həmin şəxslərlə müştərək offline əməliyyatlar da həyata keçirdiyi bildirilib. Yaxın günlərdə həmin materialı da təqdim edəcəyik.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button