2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cahangir Hacıyev və digərlərinə qarşı bir neçə milyardlıq mülki iddia

Sabiq bank rəhbəri və digər təqsirləndirilənlər ittihamları qəbul etmədi

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə və onunla birgə təqsirləndirilən şəxslərə qarşı bir neçə milyardlıq mülki iddia qaldırılıb. Mülki iddiaçı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı 69 xarici şirkətlərə ayrılmış kredit üzrə 3 milyard 700 min manatdan artıq mülki iddia qaldırıb.

Vergilər Nazirliyi isə 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdıraraq həmin pulun C.Hacıyevdən tutulub, dövlət büdcəsinə keçirilməsini istəyib. İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” tanınıb.
Bizimyol.info xəbər verir ki, fevralın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bu barədə məlumat verilib.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda dövlət ittihamşısı ittiham aktını elan edib.

Cahangir Hacıyevlə birlikdə onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov da ittiham edilir.
Onlara qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

İttihama görə, Beynəlxalq Bankın vəsaitləri israf olunaraq, real dəyəri olmayan veksellər alınıb, geri qaytarılacağına təminat olmayan kreditlər verilib. Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılması müəyyən edilib.

İttiham aktının elan edilməsi günün ikinci yarısında başa çatıb.

C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini söyləyiblər. Təqsirləndirilən şəxslər mülki iddiaları da qəbnul etmədiklərini deyiblər.

Məhkəmə C.Hacıyevə ifadə verməsini təklif edib. O, növnəti iclasda ifadə verəcəyini söyləyib.
Proses fevralın 7-də davam edəcək.

Qeyd edək ki, C.Hacıyev və qsirləndirilənlərdən 3 nəfər hazırda həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button