2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Cahangir Hacıyevin bacısı “bandotdel”i məhkəməyə verib

Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini (BMCMİ) məhkəməyə verib. Bu barədə“Azadlıq”a Əminə Hacıyevanın hüquqlarını müdafiə edən vəkil AqilLayıcovməlumatverib.

Vəkil bildirib ki, Əminə Hacıyeva “bandotdel”dən məhkəmə nəzarəti qaydasında şikayət verib. Şikayət BMCMİ-ninyerləşdiri ərazi üzrə Nərimanov Rayon Məhkəməsinə təqdim olunub və yaxın günlərdə baxılacaq.

Əminə Hacıyevanın “bandotdel”i məhkəməyə verməsinin səbəblərinə gəlincə, vəkil deyir ki, bu, onun ölkədən çıxışına qoyulmuş əsassız qadağa ilə əlaqədardır.

Saytların yığılması Saytlarin yigilmasi

“Əminə Hacıyevanın ölkədən çıxışına qoyulan qadağanın səbəbi kimi onun şirkət təsisçisi olması göstərilib. Söhbət Beynəlxalq Bankdan kredit götürmüş şirkətdən gedir. Halbuki, o, heç bir şirkətin təsisçisi deyil. Əlimizdə bunu təsdiqləyən sübut da var”, – deyə Aqil Layıcov bildirib.

Xatırladaqki, CahangirHacıyevötənilindekabrındahəbsolunub. O, hazırdadaha 7 nəfərləbirlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onunla birlikdə məhkəmə qarşısına çıxarılanlar arasında keçmiş işçiləri, o cümlədən Beynəlxalq Bankın filiallarına rəhbərlik etmiş şəxslər də var. Onlara qarşı CM-nin 178-ci (dələduzluq), 308-ci (vəzifəsəlahiyyətləriniaşma) və digər maddələr ilə ittihamlar irəli sürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button