2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət etdi

“Məmur ədalətsizliyinin aradan qaldırılmasına köməklik edin”

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezident İlham Əliyevə müraciət edib. Turan agentliyinin yaydığı xəbərə görə, müraciətə səbəb Ədliyyə Nazirliyinin məmurları tərəfindən ailələrinə qarşı davam edən ədalətsiz münasibətin qarşısını almaq xahişidir.

Ə.Hacıyeva bildirib ki, ötən ilin sentyabrından qardaşı ilə görüşünə icazə verilmir.

“Bununla əlaqədar Ədliyyə Nazirliyinə yazdığım müraciətlərə cavab verilmir”, deyə Hacıyeva yazır.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edir ki, “Haşimito sindromu”ndan əziyyət çəkən qardaşının səhhəti pisləşib və xəstəliyinin kəskinləşməsinə baxmayaraq, o, müayinə və müalicə imkanından məhrum edilib.

“Ona qarşı irəli sürülən ittihamlar məhkəmədə öz təsdiqini tapmadı. O, dövlətin heç bir vəsaitini mənimsəməyib. Buna baxmayaraq mətbuatda sifarişli olaraq onun haqqında ittiham edici məqalələr dərc edilməkdədir”, deyə o iddia edir.

Uzun müddətdir onun vəkilləri ilə görüşünə maneələr yaradılır, deyə Hacıyeva bildirir.

“Mənim ölkədən çıxışıma məhdudiyyət qoyulub. Halbuki mənim banklara heç bir kreditim olmayıb və eləcə də heç bir şirkətin üzvü, təsisçisi olmamışam. Bununla əlaqədar olaraq Prokurorluq və Daxili İşlər orqanlarına etdiyim müraciətlərə cavab belə verilmir. Hətta mənimlə əlaqədar hər hansı notariat əməliyyatlarının aparılması, icra edilməsi mümkün deyil. İki ildir ki, anam vəfat edib, lakin vərəsəlik sənədlərini notariusda rəsmiləşdirə bilmirəm. Bununla əlaqədar Ədliyyə Nazirliyinə etdiyim müraciətlər də nəticəsiz qalmışdır”, deyə Hacıyeva yazır.

O, prezidentdən Hacıyevlər ailəsinə qarşı “məmur ədalətsizliyinin” aradan qaldırılmasında köməklik göstərməyi xahiş edir

Beynəlxalq Bankın rəhbərliyi 2015-ci ildə vəsaitlərin talanması ilə bağlı həbsə alınıb. C.Hacıyev və daha 7 nəfər bank məsulu mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətindən sui-istifadə kimi cinayətlərdə ittiham olunublar. C.Hacıyev 15, digərləri isə 11-13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button