2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cahangir Hacıyevin Baş prokurorluğa qarşı iddiası icraata verildi

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Baş prokurorluğa qarşı iddiası Səbail rayon məhkəməsində icraata götürülüb

Bu barədə Bizimyol.info saytına C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib. Onun sözlərinə görə iddia ərizəsi hakim Nurəddin Bağırovun icraatına verilib. Vəkil bildirib ki, hazırlıq iclasında hakimə ütiraz verəcəklər. “Cahangir Hacıyevlə görüşümdə bildirdi ki, həmin hakimin əsasən ədalətsiz qərarlar verdiyi barədə məlumatlar alıb. Buna görə də, hakimə etiraz verməyimi istədi” – deyə, vəkil bildirdi.
Qeyd edək ki, Baş prokurorluğun noyabrın 1-də yaydığı məlumatda təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulduğunu hesab edən Cahangir Hacıyev məhkəməyə müraciət edib.
Noyabrın 1-də Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlama vermişdi ki, Cahangir Hacıyev tərəfindən yüz milyonlarla vəsaitin ölkədən çıxarılaraq mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir.
E.Sultanov xatırladıb ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digərlərinin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi 19.07.2016-cı il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, məhkəmənin 14.10.2016-cı il tarixli hökmü ilə C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
O əlavə edib ki, hökmə əsasən C.Hacıyev 27.03.2001-ci il tarixdən 02.04.2015-ci il tarixə kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə mütəşəkkil dəstə yaradaraq öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla vəzifə saxtakarlığı törədib və vəzifə səlahiyyətlərini aşaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. E.Sultanov bildirib ki, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanun pozuntularına yol verilməsi barədə C.Hacıyev tərəfindən səsləndirilən ittihamların heç bir əsasının olmadığı müəyyən edilib.
Baş Prokurorluq rəsmisi əlavə olaraq qeyd edib ki, C.Hacıyev və qeyriləri tərəfindən Beynəlxalq Bankdan yüz milyonlarla dollar vəsait çoxpilləli köçürmələr vasitəsilə ayrı-ayrı xarici ölkələrdə bilavasitə özlərinin yaratdığı fərqli adlar altında olan hüquqi şəxslərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrə yönəldilməsi və mənimsənilməsi ilə bağlı bəzi epizodlar üzrə geniş istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Cahangir Hancıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən də apellyasiya şikayəti verərək, bəraət verilməsini istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button