2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Cahangir Hacıyevin şirkətilə bağlı ilginc məlumatlar – CİNAYƏTİN BELƏSİ GÖRÜLMƏYİB

husu
Hüsü Musayev

“İntersekyurti” şirkətinin keçmiş əməkdaşı Hüsü Musayev 24 saat.org-a müraciət edib. Hüsü Musayevin sözlərinə görə, çalışdığı şirkət artıq fəaliyyətini dayandırıb. Şikayətçi deyir ki, “İntersekyurti” şirkəti Beynəlxalq Bankın keçmiş rəhbəri, kredit qalmaqalına görə həbs olunan Cahangir Hacıyevin nəzarətində olan şirkətlərdən biri olub. Bu şirkət Beynəlxlaq Bankın və Cahangir Hacıyevin nəzarətində olan digər biznes strukturlarının təhlükəsizliyini təmin etməklə məşğul olub. Hüsü Musayev da həmin şirkətdə mühafizəçi işləyib. Şikayətçi deyir ki, Beynəlxalq Bankla bağlı kredit qalmaqalı gündəmə gələndən sonra bəlli olub ki, “İntersekurti”də çalışan bəzi əməkdaşların da adına külli miqdarda kredit götürülüb. İndi həmin əməkdaşları çətin vəziyyətdədir. “İntersekyurti” şirkətinin rəhbəri İbrahim Hüseynov olsa da, o, həlledici fiqur deyildi. Faktiki olaraq şirkəti Qubad Hüseynov idarə edirdi. Qubad Hüseynov vaxtilə MTN-də işləyib. Onu Eldar Mahmudov Beynəlxalq Banka göndərib. Qubad Hüseynov da bankın, o cümlədən Cahangir Hacıyevin şirkətlərinin təhlükəsizliyi ilə məşğul olub”, – deyə Hüsü Musayev bildirib.

Onun sözlərinə görə, “İntesekyurti” şirkətində çalışanların adın külli miqdarda kreditlərin götürülməsi də Qubad Hüseynovun işidir: “Amma maraqlıdır ki, İbrahim Hüseynov həbs olunsa da, Qubad Hüseynov hələ də azadlıqdadır. Onun hansı səbəbdən həbs olunmadığı bizə aydın deyil”.

Hüsü Musayev hüquq-mühafizə orqanlarından xahiş edir ki, “İntersekyurti” şirkətilə bağlı baş verənləri ciddi araşdırsınlar. “O zaman Qubad Hüseynov çoxsaylı qanunsuz əməlləri üzə çıxacaq. Əslində, İbrahim Hüseynovun yerinə o həbs olunmalıydı. Çünki şirkətin faktiki rəhbəri olub, bütün qanunsuzluqlar da onun göstərişilə həyata keçirilib”, – deyə şikayətçi bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button